Əsas Səhifə > Partiya, Güney Press > Partiya sədrləri seçkidən niyə geri çəkilir?

Partiya sədrləri seçkidən niyə geri çəkilir?


30-07-2024, 14:52
Partiya sədrləri seçkidən niyə geri çəkilir?
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu parlament seçkilərində iştirakdan imtina etdikdən sonra digər siyasi partiyaların da müəyyən tərəddüdlər içərisində olduğu iddia edilir. ADP sədrinin prosesdə iştirak etməməsi ilə bağlı bəyanatına fərqli yanaşamlar var.

Teleqraf.com-a açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu Sərdar Cəlaloğlunun kimin müxalifət adlandırıb-adlandırmamasının əhəmiyyətsiz olduğu deyib.

“Biz artıq seçkidə iştirakla bağlı birinci mərhələni keçmişik. İmza vərəqələrini beşinci gündür ki, Dairə Seçki Komissiyasına təqdim etmişik. İndi cavab gözləyirik”, - deyə o əlavə edib.

Mirmahmud Mirəlioğlu bildirib ki, bu gün hər kəsin özünün müxalifəti var: “Hər kəsin də özü üçün müəyyənləşdirdiyi məsələlər mövcuddur. Sərdar bəy yəqin ki, müxalifət dedikdə özü ilə bir yerdə həbsxanada olanları nəzərdə tutur və yaxud başqa məsələlərə işarə edir. Bunu özü bilər. Fikrinə də hörmətlə yanaşmaq lazımdır. Biz prosesdə iştirak edirik, nə olacaqsa, millətimizə, dövlətimizə xeyirli-uğurlu olsun”.

Geri qayıt