Əsas Səhifə > Partiya, Güney Press > Namizəd olmayan partiya sədrləri

Namizəd olmayan partiya sədrləri


1-08-2024, 12:07
Namizəd olmayan partiya sədrləri
1 sentyabrda keçiriləcək parlament seçkilərində partiyalar fəal şəkildə iştirak edirlər.

Partiyalar bir çox namizədlə seçki mübarizəsinə qatılıblar. Partiya sədrlərinin əksəriyyəti özləri də deputatlığa namizəd olublar.

Artıq onların bir çoxunun namizədliyi qeydə alınıb. Bəzi partiya sədrləri isə ya namizədliyini irəli sürməyib, ya da namizəd olub, amma sonradan geri çəkiliblər. Buna baxmayaraq, sədrləri deputatlıq mübarizəsinə qoşulmayan partiyalar da seçkilərdə iştirakla bağlı qərar veriblər.

Bəs hansı partiya sədrləri parlament seçkilərində iştirak etməyəcək?

“Cebheinfo.az” parlament seçkilərində deputatlığa namizəd olmayan partiya sədrlərinin siyahısını təqdim edir:

• Müsavat Partiyasının başqanı İsa Qəmbər
• Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev
• Azərbaycan Ümid Partiyasının sədri İqbal Ağazadə
• Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı
• Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı
• Vəhdət Partiyasının sədri Tahir Kərimli
• Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu
• Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev
• Haqq Ədalət Partiyasının sədri Əli İnsanov
• Ədalət Partiyasının sədri İlyas İsmayılov

Geri qayıt