Əsas Səhifə > Partiya, Güney Press > “Seçkiləri boykot qərarının heç bir effekti yoxdur...”
“Seçkiləri boykot qərarının heç bir effekti yoxdur...”5-08-2024, 18:23 |
Bəzi müxalif partiyalar və onların liderləri guya növbədənkənar parlament seçkilərinin normal, demokratik keçməsi məqsədi ilə onları boykot qərarı veriblər. Bəs görəsən, mövcud şəraitdə bu, həmin partiyaların maraqları üçün nə dərəcədə effekt verə biləcək bir qərardır?.. Moderator.az əməkdaşı mövzu ilə bağlı Azərbaycan Milli İstiqlal Partiyasının fəxri lideri, istiqlalçı deputat Etibar Məmmədovun fikirlərini onunla qısa söhbət zamanı öyrənib. -Etibar bəy, fəxri lideri olduğunuz AMİP sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə iştirak etmək qərarı verib. Sirr deyilsə, siz özünüz hansı səbəblərdən bu seçkilərdə namizədliyinizi irəli sürmədiniz? -Bəli, Azərbaycan Milli İstiqlal Partiyası seçkilərdə iştirak edir. Namizədlərin çoxu qeydiyyatdan keçib... Özüm isə 20 ildən çoxdur ki, heç bir seçkiyə qatılmıram... - Bəzi partiyalar və onların liderləri guya növbədənkənar parlament seçkilərinin normal, demokratik keçməsi məqsədi ilə onları boykot qərarı veriblər. Mövcud şəraitdə bu, həmin partiyaların maraqları üçün nə dərəcədə effekt verə biləcək bir qərardır? -Hesab edirəm ki, seçkiləri boykot qərarının heç bir effekti yoxdur. Sadəcə seçkilərdə iştirak etməmək kimi bir şeydir. Boykot o zaman effektli olur ki, heç kəs seçkilərdə iştirak etməsin və iştirak etməmək haqda nəticəni də rəsmi şəkildə əldə etmək olsun. Yəni hazırda Azərbaycanda seçkilərdə seçicilərin sayına görə heç bir limit, kvota nəzərdə tutulmur. Əvvəllər seçkilərin baş tutması üçün seçicilərin 50+1 faizinin iştirakı vacib idi. Ancaq indi lap bir nəfər də iştirak etsə, seçki baş tutmuş sayılır. Bir sözlə, mövcud şəraitdə seçkiləri boykot etməyin hakimiyyətə də heç bir təsiri yoxdur... Geri qayıt |