Əsas Səhifə > Partiya, Güney Press > "Ağdam DSK namizədliyimi qeydə almadıqdan sonra..."
"Ağdam DSK namizədliyimi qeydə almadıqdan sonra..."7-08-2024, 08:32 |
53 yaşımın təxminən 33 ilini Qarabağ mövzusuna həsr etdim, kitablar yazdım, beynəlxalq konfrans və seminarlarda ermənilərlə mübahisə etdim. Buna baxmayaraq, torpaqlarımız azad olunandan sonra Qarabağda keçirilən heç bir tədbirə dəvət edilmədim. Əlbəttə, bu mənə təsir etsə də, kiməsə ağız açmadım. Münasib vaxtda ailəmlə öz hesabıma Qarabağı ziyarət edəcəyimə söz verdim. Ağdam DSK namizədliyimi qeydə almadıqdan sonra ailəmlə Qarabağ turuna çıxdıq. Füzuli-Şuşa-Laçın-Xankəndi-Malıbəyli-Xocalı-Əsgəran-Ağdam boyu həm tarixi yerləri ziyarət etdik, həm də qəhrəman ordumuzun döyüş yolunu canlandırdıq. Səhər yeməyini Şuşada, naharı Xankəndidə, şamı Ağdamda yeməyin bir başqa ləzzəti var. Bu günləri bizə qismət etdiyinə görə Allah şəhidlərimizə rəhmət eləsin! Ailəmlə birgə turum davam etdiyinə görə müşahidələrim və qənaətlərim barədə ayrıca məqalə yazmağı düşünürəm. Elxan Şahinoğlu - Siyasi ekspert Dia-az.İnfo Geri qayıt |