Əsas Səhifə > Partiya, Güney Press > "Əgər Rusiyanın Azərbaycan ərazilərini işğal etmək niyyəti olsa"...

"Əgər Rusiyanın Azərbaycan ərazilərini işğal etmək niyyəti olsa"...


31-03-2014, 12:36
"Əgər Rusiyanın Azərbaycan ərazilərini işğal etmək niyyəti olsa"...
“Azərbaycanda özünü illərdir əsas müxalifət hesab edən bəzi partiyaların Ukraynada baş verənlərə dəstək nümayiş etdirən bəyanatları və ora getmək cəhdləri gülünc doğurur."

Bunu SalamNews-a Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli deyib.

O bildirib ki, bu, özünə umac ova bilməyənlərin başqasına əriştə kəsmək istəmələrinə bənzəyir. Ukraynada baş verənlərin həddən artıq şişirdilərək Azərbaycana yönəldilməsi və Rusiyanın yeni torpaqları işğal etmək cəhdlərinin olduğunu yeri gəldi-gəlmədi vurğulamaq heç də xoş niyyətlərdən irəli gəlmir. Bəzi siyasi dairələrin Rusiya təhlükəsinə qarşı birlik nümayiş etdirmək çağırışı da absurddur və buna ehtiyac yoxdur: “Bunun nəyə xidmət etdiyi mənim üçün qaranlıqdır. Əgər Rusiyanın Azərbaycan ərazilərini işğal etmək niyyəti olsa, müxalifət bunun qarşısını ala bilərmi? Yaxud onun birləşməsi nəyi dəyişər? Bu birlik effektli olardısa, elə Dağlıq Qarabağ probleminin həllinə kömək edərdi, yəni Ermənistanın işğalının qarşısını alardı.”


Geri qayıt