Əsas Səhifə > Partiya, Güney Press > BU DAİRƏDƏN DEPUTAT MÜXALİFƏTÇİ OLA BİLƏR
BU DAİRƏDƏN DEPUTAT MÜXALİFƏTÇİ OLA BİLƏR10-08-2024, 14:19 |
Bu gün Mərkəzi Seçki Komissiyası (MSK) 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərin seçki dairələri üzrə adlarını açıqlayıb. “AzPolitika.info” saytı dairələr üzrə şanslı namizədlər, əsas rəqiblər, sürpriz namizədlər və eləcə də ya müxalif partiyalardan deputat mandatı almaq imkanı yüksək olan iddiaçılar haqqında araşdırmalarını təqdim edəcək. İlk olaraq 10 saylı Binəqədi üçüncü seçki dairəsinə diqqəti çəkmək istərdik. Bu dairədə əsas mübarizənin müxaliflətdən olan namizədlər arasında gedəcəyi şübhə doğurmur. Belə ki, bu dairədə Müsavat Partiyasının başqan müavini Razim Əmraslanlı və Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev əsas iddiaçılar qismində görünür. Hakim Yeni Azərbaycan (YAP partiyası bu dairədən bələdiyyə sədri Hümbət Hüseynovun namizədliyini irləi sürüb. Ancaq onun şansları aşağı qiymətləndirilir. YAP-ın da onun namizədliyini, sadəcə, dairəni boş buraxmamaq üçün verdiyi ehtimal olunur. Qeyd edək ki, bu dairədən Demokratik İslahatlar Partiyası, Yeni Zaman və Milli Cəbhə Partiyaları da namizədlər irəli sürüb. Geri qayıt |