Əsas Səhifə > Partiya, Güney Press > Bu dəfə parlamentə 11 müxalifət partiyası düşə bilər

Bu dəfə parlamentə 11 müxalifət partiyası düşə bilər


12-08-2024, 12:17
Bu dəfə parlamentə 11 müxalifət partiyası düşə bilər
Növbədənkənar parlament seçkilərinin keçirilməsinə təxminən 3 həftə qalıb. Sentyabrın 1-də seçicilər 125 dairə üzrə növbəti 5 ildə onları Milli Məclisdə təmsil edəcək şəxsləri müəyyənləşdirəcəklər.

Yenisabah.az
xəbər verir ki, hazırda deputat mandatı uğrunda 1000-dən çox namizəd mübarizə aparır. Onlar 20-ə yaxın siyasi partiyanı və bitərəfləri təmsil edirlər.

Müxalifətin aparıcı təşkilatlarının parlament seçkilərində iştirakı siyasi proseslərə yeni rəng qatıb. onlayn aptek

“Yeni Sabah” parlament seçkilərinin nəticələrinə dair maraqlı məlumatlar əldə edib. YAP-çı deputatlardan biri bizimlə söhbət zamanı deyib ki, hakimiyyət bu dəfə opponentlərinə mane olmayacaq. Seçicilərin etimadını qazanan müxalifət təmsilçilərinin qələbəsi tanınaraq, onların Milli Məclisdə təmsilçiliyinə şərait yaradılacaq.

Saytımız 1 sentyabr seçkilərindən sonra Milli Məclisdə hansı müxalifət partiyasının neçə deputatla təmsil olunacağına dair maraqlı məlumatlar əldə edib.

İddialar əsasında formalaşan həmin məlumatları təqdim edirik:

ReAL Partiyası - 2 deputat

Ədalət, Hüquq və Demokratiya Partiyası - 2 deputat

Vətəndaş Həmrəyliyi Partiyası - 2 deputat

Böyük Quruluş Partiyası - 1 deputat

Müsavat Partiyası - 1 deputat

Ümid Partiyası - 1 deputat

Azad Vətən Partiyası -1 deputat

Yeni Zaman Partiyası -1 deputat

Milli Cəbhə Partiyası - 1 deputat

Azərbaycan Xalq Partiyası - 1 deputat

Böyük Azərbaycan Partiyası - 1 deputat

Seçki günü digər namizədlərin topladıqları səsə uyğun olaraq, siyahıda müəyyən dəyişikliklərin baş verməsi istisna edilmir.

Geri qayıt