Əsas Səhifə > Partiya, Güney Press > Parlament seçkiləri: Qadınlarımız siyasətdə aktivləşib

Parlament seçkiləri: Qadınlarımız siyasətdə aktivləşib


19-08-2024, 12:58
Parlament seçkiləri: Qadınlarımız siyasətdə aktivləşib
Azərbaycanda əhalinin əksəriyyətini qadınlar təşkil edir. Statistika göstərir ki qadınlar təhsil, səhiyyə sahələrində kişilərə nisbətən daha fəaldırlar. Ancaq siyasətdə eyni sözü demək çətindir.

Milli Məclisin VI çağırışında 125 deputadan 22-si qadın olub. Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində isə namizədliyi irəli sürülən şəxslərin 1/3-i qadındır.

Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu Modern.az-a açıqlamasında bildirib ki, digər illərlə müqayisədə builki seçkilərdə qadınlarımız siyasətdə daha çox aktivləşib:

"Bir çox qadın öz təşəbbüsü ilə namizədliyini irəli sürüb, təbii ki, uğurları onların aparacağı təbliğatdan asılıdır. Bu gün siyasi partiyalarda güclü qadınlarımız çoxdur, sadəcə onlara yol verənlər çox az olub, sevindirici haldır ki, artıq partiyalar onlara üzv olan qadınlara imkan yaratmağa başlayıb",
Ətraflı

Hüquq müdafiəçisi onu da bildirib ki, parlamenti təşkil edən partiyaların strukturu da qadın və kişi seçicilər arasında fərq yaradır: "Avropa ölkələrində olduğu kimi parlamenti təşkil edən partiyaların strukturu da qadınların siyasətdə fəallığına təsir göstərir. Parlamentimiz güclü partiyalardan təşkil olunsa, bizim ölkəmizdə də qadın siyasətçilərinin sayı artar".

Novella Cəfəroğlu vurğulayıb ki, müstəqillik qazandığımız 30 il ərzində siyasi arenada, QHT, bələdiyyə kimi sahələrdə qadınların aktivliyinin artdığınıı müşahidə etmək mümkündür:

"Ancaq parlament kimi ciddi yerlərdə qadın siyasətçilərin aktivliyinin az olmasının əsas səbəblərindən biri siyasətçilərin jurnalist və politoloqlarla həmrəy çalışmamalarıdır. Belə ki, mandat almaq istəyən qadın namizədlərimiz jurnalist və ya politoloqlara müracət edərək dəyirmi masa keçirməli, ölkədə baş verən müxtəlif problemləri ,əsasən də qadınlara və uşaqlara qarşı zorakılıq, onların hüquqlarının pozulması kimi bir çox mövzuları müzakirə etməlidir. Bir sözlə qadınların siyasətdə və özlərinin siyasətdə fəal iştirakını cəmiyyətə göstərməlidir".

Geri qayıt