Əsas Səhifə > Partiya, Güney Press > Ayaz Mütəllibov Mirşahinin ona böhtan atdığını deyir

Ayaz Mütəllibov Mirşahinin ona böhtan atdığını deyir


2-04-2014, 09:06
Ayaz Mütəllibov Mirşahinin ona böhtan atdığını deyir
"Azərbaycanın Krım böhranında tutduğu mövqe bu məntiqdən irəli gəlir ki, Azərbaycan BMT nizamnaməsinə uyğun olaraq quruma üzv olan ölkələrin sərhədlərinin toxunulmazlığı prinsipini pozan məsələləri dəstəkləyə bilməz. Bu postulat heç bir halda xalqın öz müqəddəratını təyin etmək hüququ ilə pozula bilməz. Xalqın öz müqəddəratını təyin etmək hüququna hər bir konkret halda BMT-nin üzvü olan dövlətin hüdudları çərçivəsində baxıla bilər."

Bunu Moderator.az-a eksklüziv açıqlamasında Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov bildirib.

Eks-prezident ötən bazar ANS-in "Hesabat" proqramında Mirşahinin onun ünvanına səsləndirdiyi atmacaya isə cavab verməyi artıq hesab edir:

"Mənim barəmdə Mirşahinin söylədikləri əsassız fikirlərə gəldikdə isə deyə bilərəm ki, o bu dəfə də öz qəribəliyini nümayiş etdirdi. Çünki Mirşahin özünün belə inanmadığı fikirləri səsləndirir. Ona görə də mən böhtan xarakterli fikirləri şərh etmək istəmirəm."

Geri qayıt