Əsas Səhifə > Partiya, Güney Press > Kəlbəcərdən deputat ola bilməyən Cavid Qurbanov xeyir-dua verdi
Kəlbəcərdən deputat ola bilməyən Cavid Qurbanov xeyir-dua verdi26-08-2024, 06:58 |
Uzun illər Milli Məclisdə Kəlbəcər Rayonunu təmsil edən sabiq deputat Cavid Qurbanov Gununsesi.info-ya açıqlamasında adıçəkilən rayondan deputat olmaq istəyən gənclər haqqında danışıb. Cavid Qurbanov deyir ki, əslən Kəlbəcərdən olan, o gözəl diyarın havasını udan, suyunu içən və bu gün vətənimiz, dövlətimiz, xalqımız, xüsusən kəlbəcərlilər üçün faydalı olmağa çalışan hər bir vətənpərvər gəncimizə dəstək olmaq hamımızın borcudur: “Bu gün ölkəmizdə Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında böyük islahatlar həyata keçirilir, yüksək demokratik dəyərlər inkişaf etdirilir. Hazırda Milli Məclisə keçirilən seçkilərdə yüksək demokratik əhval-ruhiyyə və seçmək-seçilmək azadlığı hökm sürür. Gənclərimizin öz hüquqlarından istifadə edərək namizədliklərini irəli sürməsi, demokratik seçki mübarizəsinə qoşulması məni də fərəhləndirir. Buna görə də mən nəinki, Kəlbəcərin Millət Vəkili olmaq istəyən savadlı, vətənpərvər gənclərimizi, eləcə də ölkəmizə, xalqımıza cani-qəlbdən xidmət etmək istəyən, Ulu Öndərimiz Heydər Əliyevin və Qarabağı bizlərə bəxş edən Ali Baş Komandanımız İlham Əliyevin ideyalarına xidmət edən digər namizədləri də alqışlayır, onlara seçki marafonunda uğurlar arzulayıram”. Qeyd edək ki, Kəlbəcərin işğal altında olduğu və rayon sakinlərinin ölkənin 60-dan çox şəhər və qəsəbələrinə səpələndiyi ən ağır dövrlərdə Cavid Qurbanov öz həmyerliləri üçün böyük fədakarlıqlar edib. Cənab Qurbanovun hökumətdə tutduğu yüksək vəzifələr imkan verib ki, həm də millət vəkili kimi kəlbəcərlilərə kömək olsun. Onun minlərlə tələbənin təhsil almasında, yüzlərlə xəstənin xarici ölkələrin qabaqcıl tibb ocaqlarında şəfa tapmasında və minlərlə imkansız ailələrə dəstək üçün saysız-hesabsız köməkliyi olub. Hər Kəlbəcər köçkünü üçün bu addımları atarkən isə “Cənab Prezidentin tapşırığıdır, hamımız insanlara kömək etməliyik“- deyə birinci təşəkkürün İlham Əliyevə düşdüyünü vurğulayıb. Kəlbəcər uzun illər deputat sarıdan bəxti gətirən rayon kimi şöhrət tapmışdı. Bundan sonrasını isə zaman göstərəcək. Geri qayıt |