Əsas Səhifə > Partiya, Güney Press > "Bölgələrdəki dövlət universitetlərində hüquq fakültələri yaradılmalıdır"
"Bölgələrdəki dövlət universitetlərində hüquq fakültələri yaradılmalıdır"1-09-2024, 09:49 |
“Ölkəmizdə hüquqşünas kadrların sayının artırılmasına ehtiyac var. Xüsusən də regionlarda keyfiyyətli hüquqşünas kadrların yetişdirilməsini arzulayırıq". Bu sözləri "Sherg.az"a açıqlamasında vəkil Anar Qasımlı deyib. Vəkilin sözlərinə görə, bölgələrdəki dövlət universitetlərində hüquq fakültələri yaradılmalıdır: “Bu gün yalnız Bakıda və Naxçıvan Dövlət Universitetində hüquq fakültələri var. Sumqayıt Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Lənkəran Dövlət Universitetində və digər regionlardakı dövlət universitetlərinə Bakı Dövlət Universiteti ilə fərq qoyulmamalıdır. BDU-da olan fakültələr digərlərində də olmalıdır. Yaxşı olar ki, Gəncə Dövlət Universitetində, SDU-da hüquq fakültəsi olsun. Hər gün minlərlə tələbə Sumqayıtdan Bakıya gedir. Bu, bir tələbə üçün gün ərzində ən azı 2-4 saat vaxt itkisi, 5-10 manat xərc deməkdir. Halbuki bir tələbə həmin vaxtı və vəsaiti istirahətinə, təhsilinə sərf eləsə, daha yaxşı olar. Bu həm də Bakının yüklənməməsi, tıxacların olmaması üçün vacibdir. Əvvəllər bütün özəl universitetlər hüquqşünas istehsal edirdi. 150-200 balla hüquqa qəbul olunurdular. Müxtəlif şəhər və rayonlardakı dövlət universitetlərində bu fakültə açılarsa, ölkədə hüquqşünas kadrların çatışmazlığı da aradan qalxar”. Geri qayıt |