Əsas Səhifə > Partiya, Güney Press > "Bu seçkilər bütün ümidlərimi alt-üst etdi, bundan sonra..."
"Bu seçkilər bütün ümidlərimi alt-üst etdi, bundan sonra..."2-09-2024, 17:08 |
“Əlbəttə, hər bir namizəd özünün qalib gəlmədiyi seçki nəticələrindən razı qala bilməz. Ələxsus da bu seçki həmin namizədin daha çox populyar olduğu dairədə keçirilirsə, həmin şəxs təbii ki, seçki nəticəsində narazı olacaq”. Bu fikirləri 1 sentyabrda həyata keçirilən parlament seçkilərinin ilkin nəticələri haqqında “Sherg.az”a danışan tanınmış jurnalist, politoloq, 33 saylı Xətai seçki dairəsindən namizəd olan Fuad Abbasov deyib. O söyləyib ki, 2020-cı ildə həmin dairədə seçkiləri qazandığı və nəticələri ləğv etdirdiyi namizəd olaraq indiki vəziyyətdən çox narazıdır: “Çünki insanlar çox yaxşı bilirlər ki, Fuad Abbasov kimdir, digər namizədlər kimdir. Eyni zamanda, insanlar gözəl bilirdi ki, Əhmədli qəsəbəsini Milli Məclisdə ən parlaq kim təmsil edəcəkdi. Amma buna baxmayaraq Xətai rayonunun insanların istəyi həyata keçirilmədi. Bunun səbəbi isə total şəkildə həyata keçirilən saxtakarlıqlar idi. Keçən seçkilərdən sonra bir az ümidim var idi ki, bu dəfəki seçkilər demokratik və şəffaf olacaq. Amma dünən keçirilən parlament seçkiləri bütün ümidimi alt-üst etdi. Bundan sonra keçirilən parlament seçkiləriylə bağlı isə hansısa bir ümidim yoxdur”. Geri qayıt |