Əsas Səhifə > Partiya, Güney Press > Qəzaya düşən partiya sədri DANIŞDI

Qəzaya düşən partiya sədri DANIŞDI


9-09-2024, 11:30
Qəzaya düşən partiya sədri DANIŞDI
Xəbər verdiyimiz kimi, Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu qəzaya düşüb.

O, 7 sentyabrda Şirvan şəhərində keçirilən toydan sonra Bakıya qayıdarkən yolda qəzaya uğrayıb.

Qəzanın təfərrüatlarını və partiya sədrinin vəziyyətini öyrənmək üçün onunla əlaqə saxladıq.

Mirmahmud Mirəlioğlu “Cebheinfo.az”-a açıqlamasında qəzanın təfərrüatları barədə bunları deyib:

“Biz öz yolumuzda gedirdik. Qarşıdakı hərbi yük maşının təkəri qəflətən qopdu və sürətlə bizim avtomobilə gəlib çırpıldı. Nəticədə avtomobilə ciddi ziyan dəydi. Buna baxmayaraq, heç birimizə nə isə olmadı. Allaha şükür olsun ki, salamatçılıqdır. Mən də yaxşıyam, səhhətimdə heç bir problem yoxdur”.

Geri qayıt