Əsas Səhifə > Partiya, Güney Press > "Mən onu heç tanımıram, vəssalam"
"Mən onu heç tanımıram, vəssalam"10-09-2024, 11:31 |
VI çağırış Milli Məclisin deputatı Aqil Abbas Milli Şuranın üzvü Tofiq Yaqublunun məhkəməsində onun əleyhinə ifadə verən Elşən Hüseynov adlı şəxslə birgə “Ədalət” qəzetinin redaksiyasında çəkilən fotosunun paylaşılması, T.Yaqublunun əleyhinə ifadə verməklə həmin şəxsi öyrətməsi barədə yayılan iddialara cavab verib. A.Abbas Pravda.az-a açıqlamasında deyib ki, Elşən Hüseynov adlı şəxsi tanımır. “Elşən Hüseynov kimdir? Redaksiyaya kimsə gələ bilər. Mənimlə iki min adam şəkil çəkdirir. Hamının adını əzbər bilirəm? Mən onu heç tanımıram, vəssalam”. Geri qayıt |