Əsas Səhifə > Partiya, Güney Press > “Gülüş günü” AXCP-Müsavat arasında gülməli hal yaratdı

“Gülüş günü” AXCP-Müsavat arasında gülməli hal yaratdı


4-04-2014, 12:16
“Gülüş günü” AXCP-Müsavat arasında gülməli hal yaratdı
“Gülüş günü” AXCP-Müsavat funksionerləri arasında gərginlik yaradıb. Gərginliyin mənbəyi sosial şəbəkələrdə Müsavat gənclərinin Əli Kərimlinin istefası ilə bağlı yazdıqları zarafat olub. Belə ki, onların AXCP sədrinin istefası ilə bağlı yazdıqları xəbərin Müsavat funksionerləri tərəfindən sevinclə qarşılandığı bildirilib. Hafta.az xəbər verir ki, bununla bağlı açıqlama verən AXCP sədrinin müavini Fuad Qəhrəmanlı məlum hadisəni mənfi qarşılayaraq bildirib ki, AXCP var olduqca Əli Kərimli də sədr qalacaq:

“Bu məlumatı yayanların arzuları gözlərində qalacaq və AXCP mövcud olduqca Əli Kərimli onun sədri olacaq. Əli Kərimlinin istefa etməsi ilə bağlı danışılanlar uydurmadır”.

Məsələ ilə bağlı Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı Fuad Qəhrəmanlının məlum fikrini yanlış hesab edərək bildirib ki, AXCP-də kimin rəhbər olması Müsavat funksionerləri üçün heç bir məna kəsb etmir:

“Müsavat Partiyası ümumiyyətlə, belə məsələlərə baş qoşmur, münasibət bildirmir”.

Qeyd edək ki, 1 aprel günü Müsavat Partiyasının bir sıra fəalları AXCP sədri Əli Kərimlinin partiya sədrliyindən istefa verəcəyi və fəaliyyətini donduracağı ilə bağlı fikirlər səsləndiriblər.

Geri qayıt