Əsas Səhifə > Partiya, Güney Press > Natiq Cəfərli REAL Partiyasının yeni sədri seçilib

Natiq Cəfərli REAL Partiyasının yeni sədri seçilib


23-09-2024, 12:02
Natiq Cəfərli REAL Partiyasının yeni sədri seçilib
Respublikaçı Alternativ (REAL) Partiyası Siyasi Komitəsinin 21 sentyabr 2024-cü il tarixli yekdil qərarı ilə Natiq Cəfərli yeni sədr seçilib.

Partiyadan APA-ya verilən xəbərə görə, qərara əsasən, o, partiya lideri olaraq fəaliyyətinə 1 oktyabr 2024-cü il tarixindən başlayacaq. Həmin vaxta qədər işləri əvvəlki sədrdən qəbul edəcək və Siyasi Komitəyə ilkin olaraq təqdim etdiyi yeni strategiyanı tamamlayacaq.

Geri qayıt