Əsas Səhifə > Partiya, Güney Press > "Azərbaycan ABŞ-dən səmimi addımlar gözləyir"

"Azərbaycan ABŞ-dən səmimi addımlar gözləyir"


24-09-2024, 09:05
"Azərbaycan ABŞ-dən səmimi addımlar gözləyir"
Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevi təbrik etməsi bir çox mətləblərdən xəbər verir.

Bunu TNS-ə açıqlamasında deputat Vüqar İskəndərov deyib.

O bildirib ki, son zamanlar ABŞ-nin Azərbaycana münasibətində, xüsusilə Ermənistanla sülh müqaviləsi imzalanması istiqamətində ölkəmizə qarşı atdığı addımlarda real, səmimi və adekvat yanaşma görünmür: "Əksinə, ABŞ Fransa ilə birləşərək hər vəchlə Ermənistanı silahlandırır, ABŞ parlamentində Azərbaycana qarşı hədyanlar yağdırır, böhtanlar atılır. Heç kim bizi inandıra bilməz ki, parlament bunu özbaşına edir və bu prosesdə ABŞ dövlətinin rolu yoxdur”.

O xatırladıb ki, Blinkenin təbrik məktubu “Əsrin müqaviləsi” ilə bağlıdır və iki ölkə arasındakı münasibətlərdən irəli gəlir: “Əslində məktubda müsbət məqamlar çoxdur. Amma real fəaliyyətdə təəssüf ki, ABŞ bu gün hər vəchlə bölgədə sülhün əldə olunmasına maneə törətməyə cəhd edir. ABŞ sülh müqaviləsini imzalamaq üçün Ermənistana təzyiq etmək əvəzinə, bu ölkəni silahlandırır. Bütün bunlar məktubda deyilən sözlərlə düz gəlmir.

Ümumilikdə isə məktub müsbət qiymətləndirilir. Ölkəmizin qlobal anlamda enerji təhlükəsizliyindəki əvəzsiz rolunu, vaz keçilməzliyi biz də bilirik. Azərbaycan öz siyasətində çox səmimidir, real, professional addımlar atır. Eyni zamanda, özünü dost kimi göstərmək istəyən ölkələrdən də real, səmimi addımlar gözləyir. Azərbaycan 44 günlük müharibədən sonra dostlarını tanıdı”.

Geri qayıt