Əsas Səhifə > Partiya, Güney Press > "Aylarla iş aparmaq lazımdır"

"Aylarla iş aparmaq lazımdır"


26-09-2024, 09:33
"Aylarla iş aparmaq lazımdır"
Xəbər verdiyimiz kimi "Vətəndaş Sazişi" fraksiyasından olan deputat, iqtisadi məsələlər üzrə daimi komissiyanın sədr müavini Babken Tunyan Ermənistan parlamentində keçirilən brifinqdə bildirib ki, Bakının istəyi olarsa, Azərbaycandan qaz ala bilərik.

Bununla bağlı Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib ki, qaz alqı-satqısı və nəqli, dövlət ticarət sistemində çox mürəkkəb və vaxt tələb edən mexanizmdir:

"Bu elə də asan məsələ deyil ki, bu gün müqavilə imzaladın, səhər konteynerə və yaxud digər nəqliyyat vasitəsinə yükləyib göndərdin. Aylarla iş aparmaq lazımdır. Ən əsası isə, siyasi münasibətlər normallaşmalı, iqtisadi əməkdaşlıq üçün münbit zəmin yaradılmalıdır. Əfsuslar olsun ki, hazırkı vəziyyətdə bu mümkün deyil. Ermənistan yenidən silahlanır, Azərbaycan əleyhinə diplomatik müstəvidə, informasiya sahəsində müharibəni genişləndirir. İdeoloji təxribat aparır. Zəngəzur dəhluzinin açılmasını əngəlləyir. Ərazi iddialarından əl çəkmir. Bütün bunların fonunda iqtisadi münasibətlərin qurulmasından danışmaq tezdir".

Digər bir məsələl isə Azərbaycanın üzərinə götürdüyü öhdəliklərlə bağlıdır. Ölkəmizin Avropa İttifaqı və bəzi tərəfdaş ölkələrlə qarşılıqlı müqavilələr mövcuddur. 2027-ci ilə qədər Aİ-na 22 milyard kub. metr qazın çatdırılması ilə bağlı öhdəliklərimiz var. Azərbaycan beynəlxalq miqyasda öhdəliklərini yerinə yetirən, ciddi ölkə imicinə sahibdir. Təbii olaraq, əvvəlki öhdəliklər icra olunmalı, ondan sonra digər bazarlara çıxmaq barədə düşünmək olar.

Erməni deputatın təklifinə gəldikdə isə, həyatda mümkün olmayan şey yoxdur. O cümlədən, gələcəkdə Ermənistana qaz satmaq mümkündür. Ancaq, böyük sülh müqaviləsi imzalanandan, kommunikasiyalar açılandan, iqtisadi münasibətlər bərpa olunandan sonra".

Geri qayıt