Əsas Səhifə > Partiya, Güney Press > "Mən görəsən, nə etmişəm və ya nə edim ki, layiq ola bilim sənə?"

"Mən görəsən, nə etmişəm və ya nə edim ki, layiq ola bilim sənə?"


26-09-2024, 09:35
"Mən görəsən, nə etmişəm və ya nə edim ki, layiq ola bilim sənə?"
Aparıcı Azər Süleymanlı həyat yoldaşı Aydanla bağlı paylaşım edib.

Axşam.az xəbər verir ki, xanımının ad günü olduğunu bildirən aparıcı bunları yazıb:

“Bəzən düşünürəm ki, görəsən, Allah səni hansı əməlmin mükafatı olaraq verib mənə? Mən görəsən, nə etmişəm və ya nə edim ki, layiq ola bilim sənə?. Qəlbimin sonuncu atışına qədər minnətdaram - nəfəsinlə qızdırdığın dünyanın ən isti evinə, o evin hər dəfə sevinclə qapısına uzanan əlinə, ən çətin anlarımda belə çıraq kimi yanan ümidli gözlərinə, verdiyin güvənə, hər qoxladığımda cənnət qoxusunu daddığım balalarımın ətrinə, onların hər birinə və daha nələrə, nələrə, nələrə görə. Doğulduğun gün mübarək, varlığı mübarəkim".

Qeyd edək ki, cütlüyün bir qız və bir oğul övladı var.

"Mən görəsən, nə etmişəm və ya nə edim ki, layiq ola bilim sənə?"

Geri qayıt