Əsas Səhifə > Partiya, Güney Press > Arif Hacılı: “Ciddi tədbirlər görmək niyyətindəyik”
Arif Hacılı: “Ciddi tədbirlər görmək niyyətindəyik”7-04-2014, 14:21 |
Müsavat mayın 24-də qurultay keçirməyi qərara alıb. Partiyanın başqanı İsa Qəmbər fevralın 11-də Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova müraciət edərək qurultayın keçirilməsi üçün 700-800 nəfərlik yer ayrılmasını istəyib. Məktuba heç bir cavab verilməyib. Buna görə də partiya martın sonunda icra hakimiyyətindən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə şikayət edib. Aprelin 7-də “Media forum” saytına danışan başqan müavini, Mərkəzi İcra Aparatın rəhbəri Arif Hacılı deyib ki, hakimiyyətin Müsavata qurultay üçün yer ayırmaması partiyanın fəaliyyətinə maneçilikdir: “Vəziyyət əvvəl olduğundan daha pisdir. Hakimiyyət bu dəfə məktubumuza hətta cavab verməyib və biz məhkəməyə müraciət etməyə məcbur olmuşuq. Bu, Azərbaycan hakimiyyətinin Müsavat Partiyasına öz nizamnaməsinə uyğun fəaliyyət göstərmək imkanı verməməsinin daha bir təzahürüdür”. Arif Hacılın sözlərinə görə, qurultaya hazırlıq üzrə təşkilat komitəsi yaranmış vəziyyətdən çıxış yollarını axtarır: “Müxtəlif ideyalar mövcuddur. Amma indilik Bakı Şəhər İcra Hakimiyyəti ilə məhkəmədə çəkişmək zorundayıq. Müsavat Partiyasının qurultayına yer ayrılmasına nail olmaq üçün ciddi tədbirlər görmək niyyətindəyik”. Geri qayıt |