Əsas Səhifə > Partiya, Güney Press > Etibar Məmmədovun adamı Hafiz Hacıyevin yanında yer aldı
Etibar Məmmədovun adamı Hafiz Hacıyevin yanında yer aldı11-04-2014, 12:29 |
MMP mətbuat xidmətindən Moderator.az-a göndərilən pres-relizdə deyilir: Muasir Musavat Partiyasında yeniləşmə prosesi gedir.İdarə Heyəti partiyanın bütün strukturlarına nəzarəti gücləndirib. Bu gün Partiyanın İdarə Heyətinin özündə də müəyyən dəyişikliklər edilib. Belə ki, bir müddət öncə Qaradağ rayon təşkilat sədri vəzifəsində şalışan Fazil Yusubov 2013-cü il Prezident seçkisində də öz fəallığı ilə partiyadaşlarından seçilməyi bacarıb. Rəhbərlik də onun bu xidmətlərini dəyərləndirib.10.04.2014-cü ildə MMP Nizamnaməsinin 3.3 .6 bəndinə uyğun olaraq partiya sədri Hafiz Hacıyevin sərancamı ilə Yusubov Fazil Feyzi oğlu təşkilat məsələləri üzrə sədrin müavini təyin edilib. Qeyd edək ki Yusubov Fazil Feyzi oğlu1959-cu ilde Bakı şəhərində neftçi ailəsində anadan olub. 1994-cü ildə BDU-nun hüquq fakültəsini bitirib. Azərbaycan Milli Azadlıq Hərəkatının fəallarından, Milli İstiqlal Partiyasının qurucularından biridir.Uzun müddət AMİP Qaradağ rayon təşkilatının sədri, AMİP Siyasi Şurasının üzvü olub. AMİP –də yaranmış qeyri-müəyyənlik onun partiya sıralarını tərk etməsinə səbəb olub. 2006-cı ildən Muasir Musavat Partiyası Qaradağ rayon təşkilatının sədri və Siyasi Şurasının üzvü olub, 2 dəfə deputatlığa namizəd olub. Bu gün isə MMP sədri Hafiz Hacıyevin sərancamı ilə Fazil Yusubov partiyada Təşkilatı Məsələlər üzrə sədr müavini təyin olunub. Geri qayıt |