Əsas Səhifə > Partiya, Güney Press > Müsavatçılar Əli Kərimliyə şeir qoşdular
Müsavatçılar Əli Kərimliyə şeir qoşdular15-04-2014, 11:08 |
AXCP sədrinin müavinin statusu sosial şəbəkədə ironik müzakirələrə səbəb oldu. Hafta.az-ın verdiyi xəbərə görə, Nurəddin Məmmədlinin facebook sosial şəbəkəsində yazdığı bir status böyük səs-küyə səbəb olub. N.Məmmədlinin "Ukrayna hakimiyyəti vaxtında Əli Kərimlinin məsləhətlərinə qulaq assaydı, ən azı parçalanmanın yarısından qayıdardı" fikrini istifadəçilər şişirdilmiş hesab edib və ironik yanaşmalarla ələ salmağa başlayıblar. İronik yanaşmalar arasında ən maraqlısı Ukraynanın baş naziri Taras Şevçenko adından Əli Kərimliyə yazılan şeirdir. Bu şeiri hazırda Hollandiyada yaşayan Müsavat Partiyasının fəxri üzvü İsa Yusibov öz facebook səhifəsində paylaşıb. Həmin şeiri sizə təqdim edirik: Ey Oğuz elinin igid övladı Sənsən Ukraynanın qolu-qanadı Gəl bitir bu zülmü, bu istibdadı Maydanda qalmışıq soyuqda, qəmli Bizə məsləhət ver, Əli Kərimli Bir xəbər verdilər bizə uzaqdan Dedilər Bakıdan qalxacaq o dan İsmini hayqırır hər gecə Maydan Xaxol qızlarının gözləri nəmli Bizə məsləhət ver Əli Kərimli Səndədir iradə, səndə qətiyyət Maydana gəlməyə eyləsən niyyət Hamımız cəddinə edərik biət Ey zatı-möhtərəm, mübah qədəmli Bizə məsləhət ver, Əli Kərimli Geri qayıt |