Əsas Səhifə > Partiya, Güney Press > Əli Əliyev-Eldəniz Quliyev davası davam edir

Əli Əliyev-Eldəniz Quliyev davası davam edir


18-04-2014, 15:04
Əli Əliyev-Eldəniz Quliyev davası davam edir
Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevlə “El” hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyev arasında aprelin 16-da nəzərdə tutulan məhkəmə prosesi bir daha təxirə salınıb. Hafta.az-a açıqlama verən ittihamçı Əli Əliyev bildirib ki, işə yenidən Xətai Rayon Məhkəməsi baxacaq:

“Aprelin 16-da Nizami Rayon Məhkəməsində bizə bildirdilər ki, Eldəniz Quliyevin VİP haqqında qarşıdurmaya səbəb olan yazısı “Yeni Müsavat” qəzetində çap olunub. Qəzetin redaksiyası isə Xətai rayonunun ərazisində oduğu üçün bu işə sözügedən rayonun məhkəməsi baxmalıdır. Buna görə də növbəti proses Xətai Rayon Məhkəməsində olacaq. Məhkəmənin konkret tarixi hələ ki, məlum deyil”.

Qeyd edək ki, martın 4-də Xətai Rayon Məhkəməsində Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin “El” hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyevə qarşı qaldırdığı xüsusi ittiham qaydasında iddia üzrə hazırlıq iclası keçirilib. Məhkəmə qarşı tərəfin iddiasını əsaslı saymadığı üçün ləğv edib. Lakin Əli Əliyevin iddiası ilə Nizami Rayon Məhkəməsinə müraciət edib və bu müraciət də yuxarıda bildirdiyimiz səbəblərə görə nəticəsiz qalıb.

Geri qayıt