Əsas Səhifə > Partiya, Güney Press > “Türkiyə yetərincə cəsarət və qətiyyət nümayiş etdirir”
“Türkiyə yetərincə cəsarət və qətiyyət nümayiş etdirir”19-04-2014, 10:56 |
“Krım məsələsində Türkiyə kifayət qədər cəsarətli və qətiyyətli mövqe nümayiş etdirdi”. Bu sözləri Moderator.az-a açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu bildirib. Onun sözlərinə görə, Türkiyə ilk dəqiqədən ortaya qoyduğu mövqedən geri çəilməyib: “Türkiyə Krım olaylarının ilk dəqiqələrindən bu məsələ ilə bağlı mövqeyini aydın şəkildə ortaya qoydu və Krım tatarlarını, Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi. Bu gün də rəsmi Ankara bəlli mövqeyindən geri çəkilməyib. Türkiyə bu məsələdə Krım tatarlarına kifayət qədər siyasi dəsətk verib və bu gün də verməkdədir. O ki qaldı, məsələyə hərbi müdaxiləyə, bu, heç də asan bir məsələ deyil. Unutmaq olmaz ki, Türkiyə NATO-nun üzvüdür və bu kimi addımlar ilk öncə bu qurumla razılaşdırılmalıdır. Bir sözlə, hesab edirəm ki, indiki məqamda Türkiyədən bundan daha artıq nə isə gözləmək doğru deyil”. Geri qayıt |