Əsas Səhifə > Partiya, Güney Press > Rufulla Axundzadə Avropa Şurasının Bakı nümayəndəliyinə müraciət etdi

Rufulla Axundzadə Avropa Şurasının Bakı nümayəndəliyinə müraciət etdi


22-04-2014, 09:17
Rufulla Axundzadə Avropa Şurasının Bakı nümayəndəliyinə müraciət etdi
İslamazeri.az-ın verdiyi xəbərə görə, 15 saylı CÇM-də həbs həyatı yaşayan AİP-in Astara rayon komitəsinin sədri Rufulla Axundzadə Avropa Şurasının Bakı nümayəndəliyinə etiraz dolu məktub ünvanlayıb.

Məktubda deyilir:
"Sizlər Bakıda nə işlə məşgul olduğunuz təkcə ağalarınıza verdiyiniz hesabatda öz əksini tapmaqdadır. Mən bu üç il üç ay müddətində nə Kürdəxanı istintaq təcridxanasında, nə məhkəmələrdə, nə də 15 saylı cəza çəkmə müəssisəsində Sizin bir nümayəndənizlə belə rastlaşmamışam.
Hansı ki, mənim adım əksərinsan hüquq və azadlıqları müdafiəçilərinin (qeyri hökuməttəşkilatları) Sizlərə təqdim etdiyi siyasi məhbus və ya vicdan məhbusları siyahısında olmaqla və eləcə də Avropa İnsan hüquqları Məhkəməsinin (Strasburq) yaxın vaxtlarda baxacağı iş də sübut edirki, sizlərin məqsədi Azərbaycan kimi podsovet ölkələrində demokratiyaya addımlatdırmaq deyil, ağalarınızın tapşırığı ilə ökə daxilinə bu və ya başqa yöndə sirayət edib ölkə hakimiyyətini fakt qarşısında qoymaqla özünüzdən, ağalarınızdan asılı etmək məram məqsədinizdir.

Sizlərə heç də Azərbaycandakı korrupsiya rüşvətxorluq, məmur özbaşınalığı, qanunların işləməməsi, məhkəmələrin sifarişlə hökm çıxarması işgəncə altında dindirmələr və digər neqativ hallar maraqlı deyil.
Bunu özünüz də ayrı-ayrı vaxtlarda dolayısı ilə məlum etmisiniz. Bütün söylədiklərimi və ya qeyd etmədiklərimi lakin özünüz də yaxşı bildiklərinizi ona görə sizlərə anlatmağa çalışıram ki, sizlər yaxşıya doğru dəyişəsiniz.
Yəni xislətinizi 180 dərəcə döndərəsiniz. Birinci ona görə bunları yazıramki, həm siz, həm də bütün dünya bilsin ki, biz heç də sizin düşündüyünüz kimi sadəlövh deyilik.
Kimin kim olduğu bizlərə ən azından şiə, müsəlman, dindar, mömin və ruhanilərə məlumdur.
İkincisi də prosedur qaydasına görə Azərbaycan Məhkəmələrinin hökmündən Avropa insan hüquqları Məhkəməsinə müraciət edildiyindən bizim vəkillərimiz də şikayətləri Strasburqa məlum instansiyaya təqdim ediblər.
Onlar yəni Avropa İnsan hüquqları məhkəmə hakimləri isə əksər hallarda islamçıları terrorçu, qaniçən, insanlıqdan çıxmış banda, yəni Amerikanın Fransanın Şərqdə yetişdirdiyi terrorçular, uşaq qoca qadın qanına susayanlar kimi tanımaqdadırlar.
Lakin yaxşı bilirsiniz ki, Şiə, özü də “Cəfəri”məzhəbli bizlər nəinki insana, hətta günahı olmayan, ziyan verməyən heyvana belə təcavüzü Allah Təalanın hökmü-fərmanının əksi bilirik.
Şəxsən mən sizlərin, biz dindar müsəlman hicaba qadağaya etiraza görə həbs olunmuşların heç bir təqsiri olmadığını sadə formada aşkara çıxararaq bəraət hökmü çıxaracağınıza şübhə ilə yanaşmaqdayam.
Bu Sizlərin xisləti xarakteridir. Çunki Ştrasser Azərbaycandakı siyasi durum və eləcə də siyasi dustaqların siyahısın ıtəqdim etməklə AŞPA -nın üzvlərinin (əsasən İspaniya İtaliya Rusiyavə Türkiyə nümayəndələrinin hamısı) əksinə səs verməsi və bunun əsl səbəbinin bu günə kimi aşkara çıxarılmaması sizlərin nə qədər demokratik olduğunuzu və biz müsəlmanlara olan əsl xislətinizi Rusiya-Amerika və Fransa Atət tərkibində BMT -in 4qətnaməsi ola-ola bu günə kimi yəni 20 il vaxt kəsiyində Qarabağın əsl sahiblərini qaçqın köçkün vəziyyətində qoymaqla ermənilərin himayəçilərinə çevrildikləri, İrəvanı, Göyçəni, Zəngəzuru, Borçalını Dəmir qapı Dərbəndi unutduran siyasətiniz davam etməkdədir.
Lakin yaddan çıxartmayın indi nə 18 nə də 19-20-ci əsr deyil.
İndi 21-ci əsrdir. Və Dünya Sülh və Azadlıq sevər xalqlar oyanıb elə Avropa xalqları da daxil olmaqla sizlərin ağalarınızın rejimləri çökməkdədir. Və Sizlərə də məsləhət bilirəm millətindən asılı olmayaraq Fransız, Alman, Rus, İspan, İtalyan, Polyak, Türk, İngilis, İsveç , Slavyan xalqlarının əsl ziyalı və demokrat dini və məzhəbindən asılı olmayanlara qoşulun və Dünyada Sülhsevər və əsl demokrat olun!!!"

Geri qayıt