Əsas Səhifə > Partiya, Güney Press > Milli Şura apreldə sessiya keçirməyəcək
Milli Şura apreldə sessiya keçirməyəcək22-04-2014, 11:07 |
Milli Şuranın qəbul etdiyi nizamnaməyə görə sessiya ayda bir dəfə keçirilməlidir. Son sessiya isə martın 29-da keçirilib. Belə ki, aprel ayı ərzində sessiya keçirilməli idi. Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Vidadi Mirkamal Hafta.az-a açıqlamasında bildirib ki, aprelin 23-də Koordinasiya Mərkəzinin iclası olacaq: “Bu iclasda bir neçə məsələ müzakirə olunacaq. Sessiyanın vaxtı haqda da bu iclasda qərar veriləcək. Yəqin ki, təxminən bu iclasdan 10 gün sonraya təyin ediləcək. Çox güman ki, iclası aprel ayında keçirmək mümkün olmayacaq, may ayının əvvəllərinə qalacaq”. V.Mirkamal deyib ki, üzvlüklə bağlı müraciət edənlərin adını açıqlamamaq barədə qərar veriblər: “Gündəlikdə Milli Şuranın bələdiyyə seçkilərində iştirakı ilə bağlı məsələ salınıb. Bundan başqa, quruma yeni üzvlərin qəbuluna baxılacaq. Müraciətlər var, iclasda baxılacaq. Adları müzakirələr başa çatmamış açıqlamaq istəmirik. Koordinasiya Mərkəzinin iclasından sonra adlar açıqlanacaq. Budəfəki iclası Leyla Yunusun ofisində keçirmək təklif olunub. Amma buna qərar verilməyib”. MŞ üzvü bildirib ki, aksiya keçirmək planları yoxdur: “Kütləvi aksiyalarla bağlı qərar var ki, bu məsələ daim gündəmdədir. Amma indiki zamanda konkret olaraq mitinqlərlə bağlı müzakirə aparılmayıb”. Geri qayıt |