Əsas Səhifə > Partiya, Güney Press > Müsavatla Bakı meriyasının məhkəmə çəkişməsi təxirə salındı

Müsavatla Bakı meriyasının məhkəmə çəkişməsi təxirə salındı


29-04-2014, 13:28
Müsavatla Bakı meriyasının məhkəmə çəkişməsi təxirə salındı
Müsavat Partiyasının Bakı Şəhər İcra Hakimiyyətinə qarşı şikayəti üzrə aprelin 29-da keçirilməli olan məhkəmə proses təxirə salınıb.

Şikayət 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə verilib.

Müsavat başqanının müavini Gülağa Aslanlı “Media forum” saytına deyib ki, Bakı Şəhər İcra Hakimiyyətindən heç bir nümayəndə gəlmədiyi üçün hakim Fəqan Əliyev məhkəmə prosesini təxirə salaraq mayın 12-nə təyin edib.

Müsavat Partiyası mayın 24-də qurultay keçirməyi qərara alıb. Partiyanın başqanı İsa Qəmbər fevralın 11-də Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova müraciət edərək qurultayın keçirilməsi üçün 700-800 nəfərlik yer ayrılmasını xahiş edib. Məktuba heç bir cavab verilmədiyi üçün partiya məhkəməyə müraciət edib.

Geri qayıt