Əsas Səhifə > Partiya, Güney Press > “NİDA”çı gənclərlə bağlı İsa Qəmbərə yeni ittihamlar
“NİDA”çı gənclərlə bağlı İsa Qəmbərə yeni ittihamlar2-05-2014, 12:45 |
Sosial şəbəkələrdə gənc fəallar tərəfindən İsa Qəmbərin aclıq aksiyasının dayandırılması ilə bağlı “NİDA”çılara çağırışı birmənalı qarşılanmayıb. Belə ki, ölkə mətbuatında yayılan məlumatlara görə, “NİDA”çı gənclərdən birinin anası (adının və oğlunun adının açıqlanmamasını xahiş edib – red.) bildirib ki, övladlarının hüquqlarının müdafiəsi məsələsində “Müsavat” başqanından daha fəal mövqe gözləyirdilər. Məsələ ilə bağlı Hafta.az-a münasibət bildirən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev də deyilənlərə dəstək olaraq bildirib ki, İsa Qəmbər sadəcə olaraq, bu gənclərin arxasında gizlənməklə, qazanc əldə edib: “NİDA”çı gənclərin valideynlərinə mənim dəfələrlə müraciətim olub. Mən onlara bildirmişəm ki, Qəmbərov İsa sizin övladlarınız vasitəsilə siyasi alver edir. Onun gəncləri dövlət əleyhinə yönəltməsi birinci dəfə deyil. Qəmbərov İsa siyasətə gəldiyi gündən satqınlıqla məşğul olub. İndi onun oğlu da gənclərin “başını yedi”, onları bədbəxt edib, özü azadlıqda gəzir. Necə olur ki, Qəmbərov İsanın da oğlu idarə heyətində olduğu halda o, azadlıqda qalır, digərləri tutulur. Bu çox anormal situasiyadır. Elə bil 5 nəfər oğurluğa gedir, birini buraxıb 4-nü tuturlar. Məlumdur ki, bunlar hamısı Qəmbərov İsa tərəfindən qurulmuş bir oyundur. Məqsəd isə müxalif düşüncəli və savadlı gəncləri həbs etdirmək idi. Dünən Qəmbərov İsa utanmadan “NİDA”çı gənclərdən birinin uşağını qucağına alıb şəkil çəkdirib. Hələ üstəlik gülə-gülə bildirib ki, mən sizə aclıq aksiyasını saxlamağı məsləhət görürəm. Belə bir satqın adamın fikirlərinə qulaq asan adamlar da sonradan səhv etdiklərini anlayacaqlar. Mən dəfələrlə demişəm ki, bu insan yalnız öz cibinə, öz mənafeyinə uyğun çalışır. Onun bu xalq, bu dövlət, millətin övladının ac və ya tox olması marağında deyil. Qəmbərov İsa həmişə insanları aldatmağın saxta yollarını tapıb. Onun fəaliyyəti, düşüncəsi də elə buna hesablanıb ki, altına milyonlar yığsın, xalqın savadlı övladlarının da ağlını başından alsın”. Hafiz Hacıyev bildirib ki, “NiDA”çı gənclərin valideynlərinin haqqı çatır ki, İsa Qəmbərdən övladlarını tələb etsinlər: “Qəmbərov İsa “NİDA”çı gəncləri və onların valideynlərini də aldatmağı bacarıb. Prezident seçkiləri ərəfəsində bildirirdi ki, biz gəlirik. Siyasətdən uzaq camaat da düşünürdü ki, elə Qəmbərov hakimiyyətə gələcək, bunlara da vəzifə verəcək. O valideynlərin yerinə şəxsən mən olsam, gedib, Qəmbərovun başına oyun açaram ki, necə olur sənin oğlun azadlıqdadır, tutulan bizim balalarımızdır. Onların valideynlərinə müraciət edərək bir daha bildirirəm ki, sizin övladlarınız Qəmbərov İsanın tələsinin qurbanı olub. Gedib haqqınızı tələb edin”. Qeyd edək ki, İ.Qəmbər dünən facebook sosial şəbəkəsində belə yazıb: “N!DA”çı dostlarıma müraciət edirəm, əzizlərim Rəşadət, Rəşad, Üzeyir, Zaur, Məhəmməd, Bəxtiyar, Şahin və İlkin! 15 gündür davam etdiyiniz aclıq aksiyası ilə bağlı sağlamlığınıza görə çox narahat olsam da, sizə müraciət etmirdim. Aclığı dayandırın. Siz zindanda da mübarizəni qəhrəman kimi apardınız və aparacaqsınız. Mənəvi qalib sizsiniz. İnanıram ki, tezliklə azadlıqda görüşəcəyik!”. Geri qayıt |