Əsas Səhifə > Partiya, Güney Press > “Rusiyanın Azərbaycanı qarışdırmaq fikri olsaydı...“

“Rusiyanın Azərbaycanı qarışdırmaq fikri olsaydı...“


5-05-2014, 10:04
“Rusiyanın Azərbaycanı qarışdırmaq fikri olsaydı...“
Keçən həftə mətbuatda Qusar Rayon İcra Hakimiyyətinin binasından Rusiya bayrağının sancıldığı xəbəri yayıldı. Bu xəbər təkzib olunsa da, yayıldığı çevrədə narahatlıq doğurdu.

Hafta.az-ın verdiyi xəbərə görə, Əhrar Partiyasının sədri Vaqif Hacıbəyli bu dezinformasiya və onun yaratdığı narahatlığa münasibət bildirib.

V.Hacıbəyli qeyd edib ki, hazırkı məqamda Rusiya tərəfdən Azərbaycan üçün narahatlıq yoxdur: "Dünən mən Rusiya dövlət televiziyasında Azərbaycanla bağlı bir verilişə baxdım. Açıq və səmimi şəkildə bizi təbliğ etdilər. Mən təcrübəli adam kimi bilirəm ki, bu təsadüfi deyil.

Rusiyanın burada aranı qarışdırmaq fikri olsaydı, belə verilişlər qətiyyən mümkün deyil. Ona görə mən guya Qusarda rus bayrağının asıldığı barədə yoxlanılmamış məlumatları durmadan yayımlayan dostlara təmkinli olmağı məsləhət bilirəm.

Çünki bu tipli xəbərlərin yayılması Qusarda yaşayan bizim ləzgi millətindən olan vətəndaşlarımıza heç də xoş deyil. Xahiş edirəm bu amili də nəzərə alaq".

Geri qayıt