Əsas Səhifə > Partiya, Güney Press > “Yaxşı ki, Levon Ter-Petrosyan sağdır…”

“Yaxşı ki, Levon Ter-Petrosyan sağdır…”


13-05-2014, 11:17
“Yaxşı ki, Levon Ter-Petrosyan sağdır…”
“Bozqurd” Partiyasının keçmis sədri Qələndər Muxtarlı atəşkəsin 20-ci ildönümünü Moderator.az-a şərh edərək maraqlı fikirlər səsləndirib:

“Atəşkəs anlaşması bağlanana qədər Azərbaycanda fərqli hərbi siyasi status - kvo vardı. Biz millət olaraq bu hərbi siyasi vəziyyəti qiymətləndirmədən atəşkəs məsələsinə:- Azərbaycan xalqının Rusiya və Ermənistan qarşısında təslim aktına hüquqi siyasi və digər prosesual qiymət verə bilməyəcəyik. Azərbaycan hökuməti erməniləri məğlub etmişdi. Bizim kəşfiyyat Xankəndindən məlumatı vermişdi ki, Xankəndi və onun ətrafında cəmi 5 min erməni var. Mərhum prezidentimiz Ə. Elçibəy çox narahat idi 21 dekabr tarixindən. Bunu Pənah bəy, İsa bəy. Əli Bəy çox yaxşı bilir. Amma hərə bu həqiqətləri bir cür təqdim edə bilər. Yaxşı ki Levon Ter- Petrosiyan var və o sağdır. O, təslim aktına bərabər tutulan sənədi imzalamaq üçün heyət də ayırmışdı. Dünya birliyindən də demək olar ki, razılıq var idi. Bu məsələni Pənah bəy bir vaxtlar çox dəqiqliklə qeyd etmişdi. Sadəcə milli faciələrimizin ermənidən də betər səbəbkarı olan qüvvələr bu sənədin imzalanmasına icazə və imkan vermədilər. Görüşün yeri və vaxtı, hətta prinsipləri də razılaşdırılmışdı. Bu məsələ bir tarixşunaslıq məsələsinə bənzəyir. Amma zaman və qüvvələr nisbəti , ölkəmizin sərvətinin miqyası, onu talamağa hazır olan komandanın niyyətləri imkan vermədi ki, xalqımızın tarixinin bu dönəm anında bu taleyüklü məsələləri həll edə bilək. Nəticədə təslim aktına bənzər atəşkəsə imza atıb "LAZIM" axtarmağa başladıq. Biz tək ermənilərə deyil, ruslara və beynəlxalq birliyin də qəbul etdiyi çox təhlükəli qrupların maraqlarının toqquşduğu güclərə güzəştə gedib bu müvəqqəti təslim aktına imza atmışıq. Amma bu müqavilə Azərbaycan xalqının iradəsinə adekvat deyil.Bunu dünya birliyi bildiyindən yana Qarabağın taleyi indiyə qədər bu statusda qalır.”

Geri qayıt