Əsas Səhifə > Partiya, Güney Press > Müsavat Partiyası AŞPA həmməruzəçiləri ilə görüşdən imtina edib

Müsavat Partiyası AŞPA həmməruzəçiləri ilə görüşdən imtina edib


14-05-2014, 15:32
Müsavat Partiyası AŞPA həmməruzəçiləri ilə görüşdən imtina edib
AŞPA nümayəndə heyətinin Azərbaycana növbəti səfər proqramını tərtib edən şəxslər Müsavat Partiyası və digər müxalifət partiyalarının rəhbərliyinə Azərbaycan üzrə həmməruzəçilər Pedro Aqramunt Fon de Mora və Cozef Debono Qrexlə görüş təklif ediblər.

Müsavat Partiyasından APA-ya bildirilib ki, adları qeyd olunan həmməruzəçilər fəaliyyətdə olduqları dövrdə Azərbaycan hakimiyyətinin Avropa Şurası qarşısında götürdükləri öhdəlikləri yerinə yetirməməsinə, ölkədə demokratiyanın və azadlıqların boğulmasına laqeyd yanaşdıqlarına, xüsusilə siyasi məhbuslar və seçkilərlə bağlı hakimiyyətin mövqeyini təkrar edən yanlış fikirlər səsləndirdiklərinə görə Müsavat Partiyası indiki halda həmməruzəçilərlə görüşü məqsədəuyğun hesab etmir.

Partiyanın bəyanatında qeyd olunub ki, AŞPA həmməruzəçiləri Azərbaycanda real həqiqəti əks etdirən mövqe sərgilədikdən sonra Müsavat Partiyası bu qərarına yenidən baxa bilər.

Geri qayıt