Əsas Səhifə > Partiya, Güney Press > ““Milyarderlər İttifaqı”na “sus” əmri verilib”

““Milyarderlər İttifaqı”na “sus” əmri verilib”


15-05-2014, 12:03
““Milyarderlər İttifaqı”na “sus” əmri verilib”
““Milyarderlər İttifaqı” siyasi məqsədlər üçün yaradılmışdı. Bu qurumun diaspor quruculuğu ilə heç bir formada bağlılığı yoxdur”.

Bu sözləri Editor.az-a açıqlamasında Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev ötən il yaradılan və diaspor quruculuğu ilə məşğul olduğu iddia edilən “Milyarderlər İttifaqı”nın soydaşlarımızın problemlərinə laqeyd yanaşmasından danışarkən belə deyib.

Onun sözlərinə görə, bu qurum siyasi məqsədlər üçün yaransa da, sonradan onlara “sus” əmri verilib: “Ötən ilin iyununda “Milyarderlər İttifaqı” elan olunanda açıq şəkildə bildirmişdik ki, bu qurum məhz siyasi xarakterli bir qurumdur və Azərbaycan iqtidarına təzyiq etmək niyyətilə yaranıb. Proseslərin inkişafı bizim söylədiklərimizin həqiqət olduğunu aydın şəkildə ortaya qoydu. Məlum oldu ki, bu quruma ümumiyyətlə Azərbaycan və azərbaycanlıların problemləri maraqlı deyil. Bu gün Rusiya iqtidarında ciddi söz sahibi olan Jirnovski azərbaycanlıları aşağılamağa çalışsa da, “Milyarderlər İttifaqı”nda təmsil oluna şəxslərin buna hər hansı etirazı müşahidə olunmur. Əslində bu şəxslər uzun müddətdir Rusiyada ciddi təsir imkanlarına malik olsalar da, onların diaspor quruculuğu istiqamətində elementar səylərinə rast gəlmirik. Bu şəxslər Kremlin arzu və istəklərini yerinə yetirirlər və nə zaman rus iqtidarına lazım oldusa, o zaman diaspor quruculuğu adı altında ölkəmizə təzyiq məqsədilə siyasi fəaliyyətlə məşğul olurlar”.

Geri qayıt