Əsas Səhifə > Partiya, Güney Press > Vətəndaş Həmrəyliyi Partiyası qurultay çağırdı

Vətəndaş Həmrəyliyi Partiyası qurultay çağırdı


19-05-2014, 12:22
Vətəndaş Həmrəyliyi Partiyası qurultay çağırdı
Vətəndaş Həmrəyliyi Partiyası Ali Məclisinin sessiyası keçirilib. Mətbuat xidmətindən “Media forum” saytına verilən məlumata görə, konfransda ictimai-siyasi durum, bələdiyyə seçkiləri, Siyasi Şura və Ali Məclisə yeni üzvlərin seçilməsi, qurultay məsələləri müzakirə olunub.

İctimai-siyasi məsələlər və seçkilər mövzusunda məruzə ilə çıxış edən partiya sədri, deputat Sabir Rüstəmxanlı deyib ki, ölkədə milli birliyə ehtiyac var: “VHP ilk növbədə milli birlik və həmrəylik ideologiyasını əsas götürür və keçdiyimiz yol sübut etdi ki, bu ideologiya Azərbaycanın nicat yolu kimi hər zaman prioritetdir. Hazırda ciddi siyasi-hərbi böhranın yaşandığı dünyada milli birliyə hər zamankından daha artıq ehtiyac hiss olunur”.

Azərbaycanın müstəqilliyinin müqayisəyəgəlməz nemət olduğunu bildirən Sabir Rüstəmxanlı bu neməti qorumaq missiyasının gənclərin üzərinə düşdüyünü və onların siyasi partiyalarda kadr kimi yetişməsinin zəruriliyini önə çəkib.

Partiya dekabrda keçiriləcək bələdiyyə seçkilərində iştiraka qərar verib.

Rejissor Rövşən Almuradlı və VHP Qadınlar Şurasının sədri Aygün Qurbanlı VHP Siyasi Şurasına tanınmış üzv seçiliblər. Ali Məclisə isə yeni 7 üzv qəbul edilib.

Sonda VHP-nin qurultayının keçirilməsinə qərar verilib və 25 nəfərdən ibarət təşkilat komitəsi yaradılıb.

Geri qayıt