Əsas Səhifə > Partiya, Güney Press > “Əbülfəz Elçibəy nə edibsə, əcəb edib...”

“Əbülfəz Elçibəy nə edibsə, əcəb edib...”


21-05-2014, 13:26
“Əbülfəz Elçibəy nə edibsə, əcəb edib...”
“Tahir Kərimlinin hünəri varsa, o sözləri mənim üzümə desin”.

Bu sözləri Moderator.az-a açıqlamasında Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev Vəhdət Partiyasının sədri Tahir Kərimlinin “Elçibəy istəklərimizin hamısının əksinə getdi və özü də bizimlə məsləhətləşmədən Heydər Əliyevi xilaskar kimi hakimiyyətə gətirdi. Elçibəy xalqımı, bizi bədbəxt günə qoydu” kimi fikirlərinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, hər kəsə tribuna verəndə ağzına gələni danışır:
“Əbülfəz Elçibəy nə edibsə, əcəb edib. Nə üçün o deyir ki, Əbülfəz Elçibəy xalqı bədbəxt günə qoydu? Axı xalq kef edir indi. Şəhərdə maşın əlindən gəzmək mümkün deyil. Xalq toxdur. Hakimiyyətə işləyən adam bu gün Heydər Əliyevi hakimiyyətə gətirməkdə Əbülfəz Elçibəyi necə ittiham edə bilər? Tahir Kərimlinin nə sözü varsa, mənə desin və mənimlə danışsın”.

Geri qayıt