Əsas Səhifə > Partiya, Güney Press > "Məhkəmənin qərarına normal baxıram"

"Məhkəmənin qərarına normal baxıram"


22-05-2014, 14:39
"Məhkəmənin qərarına normal baxıram"
Avropa İnsan Hüquqları Məhkəməsinin REAL Hərəkatının məhbus sədri İlqar Məmmədovla bağlı Azərbaycanı 22 min avro məbləğində cərimələməsinə YAP-çı millət vəkili Aydın Mirzəzadə münasibət bildirib

Millət vəkili “Qafqazinfo” ya açıqlamasında qeyd edib ki, Avropa İnsan Haqları Məhkəməsi adətən hansı prosedur qaydasının pozulmasına görə belə cərimələyə bilər? : “Və yaxud xırda bir prosedur qaydası Avropa Məhkəməsi üçün qanun pozuntusu sayılır. Bu baxımdan da məhkəmənin qərarını mən İlqar Məmmədovun fəaliyyətinıə haqq qazandırma addımı kimi qiymətləndirmirəm. Digər tərəfdən Avropan İnsan Haqları Məhkəməsinə Avropa Şurasına daxil olmuş ölkələrin hamısından şikayətlər gedir. Hər 100 min nəfərə düşən şikayət ərizəsinə görə Azərbaycan heç də ön sıralarda deyil. Bu baxımdan məhkəmənin qərarına normal baxıram. Şübhəsiz ki Azərbaycan bu məhkəmənin protokolunu imzalayan bir ölkə kimi İnsan Haqları Məhkəməısinin qərarına həmişə hörmətlə yanaşır. Mətbuatdan bildiyim qədəri ilə də Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinin verdiyi bütün cərimələri ödəyib. Ancaq məhkəmənin qərarı heç də İlqar Məmmədovu ittiham edilən qanun pozuntularından azad etmir”.

Geri qayıt