Əsas Səhifə > Partiya, Güney Press > Müsavat: gün müəyyənləşdi, qaldı yer
Müsavat: gün müəyyənləşdi, qaldı yer27-05-2014, 10:16 |
Müsavat Partiyasının qurultayına hazırlıq üzrə təşkilat komitəsi yekun qərar verib. Qurultay iyunun 28-nə təyin edilib. Müsavatın qurultayı 2010-cu ildən bəri ləngiyir. Partiya hakimiyyəti qurultay üçün münasib yer ayırmamaqda qınayır. Bu ay Bakı meriyası qurultay üçün Əmircan qəsəbəsindəki Səttar Bəhlulzadə adına mədəniyyət evini ayırıb. Müsavat başqanının müavini Arif Hacılı “Azadlıq” radiosuna deyib ki, Səttar Bəhlulzadə adına mədəniyyət evi partiya üçün məqbul deyil: “Biz min nəfərlik yer istəmişdik, həmin mədəniyyət evi 400 nəfərlikdir. Bakı Şəhər İcra Hakimiyyətinə yer üçün təkrar müraciət edəcəyik”. 1911-ci ildə qurulmuş Müsavat Partiyası indiyəcən 7 qurultay keçirib. Sonuncu qurultay 2006-cı ildə olub. Müsavatın 8-ci qurultayının gündəliyində əsas məsələ başqan seçkisidir. Partiya nizamnaməsi eyni şəxsin iki müddətdən artıq başqan seçilməsini yasaqlayır. Bu o deməkdir ki, 2001, 2006-cı illərdə keçirilən qurultaylarda başqan seçilmiş İsa Qəmbər postundan getməlidir. Geri qayıt |