Əsas Səhifə > Partiya, Güney Press > “Bu iki partiya cəmiyyəti aldatmaqla bütün etimadı itirib”
“Bu iki partiya cəmiyyəti aldatmaqla bütün etimadı itirib”27-05-2014, 11:23 |
“Müsavat və AXCP hansı haqq və əsasla özünü aparıcı müxalifət partiyası elan edir?! Bu gün BQP həm sosial elektoratına, həm də təsir imkanlarına görə, Müsavat və AXCP-dən güclüdür”. Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa müxalifət daxili iddialardan danışarkən belə deyib. Onun sözlərinə görə, Müsavat müəyyən mənada strukturlarını qorusa da, AXCP tamamilə əhəmiyyətsiz bir quruma çevrilib: “AXCP 2000-ci ildən sonra siyasi tənəzzül edib və bu gün də öz əhəmiyyətini artıra bilməyib. Bu partiya Əbülfəz Elçibəyin vəfatından sonra çox azsayda tərkiblə fəaliyyətə başlasa da, bugünə qədər güclənə bilməyib. Partiya öz sıralarına nəinki yeni üzvlər cəlb edə bilməyib, əksinə, istefaların mərkəzinə çevrilib. Müsavat Partiyası da 2003-cü il seçkilərindən sonra xeyli zəifləyib. Partiya sıralarını minlərlə üzv və xeyli sayda ictimai əhəmiyyətli şəxs tərk edib. Bu partiyaların uğursuzluqlarının kökündə ictimai rəyi aldatmaq cəhdləri, heç bir real imkan olmadığı təqdirdə saxta vədlər verməsi və müxtəlif dövlətlərin sifarişlərini icra etməsi faktı dayanır. Bu gün bir çox partiya, o cümlədən BQP Müsavat və AXCP-dən dəfələrlə güclüdür və bu partiyaların qarşıda heç bir perspektivi yoxdur”. Geri qayıt |