Əsas Səhifə > Partiya, Güney Press > YAP-çı deputat erməni deputatlara belə cavab verdi

YAP-çı deputat erməni deputatlara belə cavab verdi


16-06-2014, 12:27
YAP-çı deputat erməni deputatlara belə cavab verdi
"Dağlıq Qarabağ münaqişəsi Ermənistanla Azərbaycanın başqa dövlətlərin təhdidi qarşısında qalmasına xidmət edir."

SalamNews xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov Bakıda “Cənubi Qafqaz: Çağırışlar və imkanlar” mövzusunda keçirilən beynəlxalq tədbirdə bildirib.

Ermənistan parlamentinin nümayəndəsinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı iddialarına cavab verən S.Novruzov deyib ki, bu münaqişələrin yaradılması hər iki dövlətin Avropa strukturlarına birgə inteqrasiyasına mane olur: "Baltikyanı ölkələrin praktikasına baxsaq, görərik ki, bu bölgə NATO-ya və Avropa strukturlarına inteqrasiya etdi. Ancaq Dağlıq Qarabağ münaqişəsinə görə hər iki dövlət bu imkanlardan mərhum olub. Ermənstanlı həmkarımız bayaq məsələ qaldırdı ki, Dağlıq Qarabağ tərəf kimi münaqiənin həlli istiqamətində aparılan danışıqlarda iştirak etsin. Dağlıq Qarabağ Azərbaycanın bir hissəsidir və tərəf kimi tanına bilməz. Dağlıq Qarabağ ətraf 7 rayon Ermənistan ordusu tərəfindən və digər dövlətlərin yardımı ilə işğal olunub. BMT-nin qəbul etdiyi 4 qətnamədə də məhz Ermənistanın adı çəkilir. Bu dövlət qətnamələrdə işğalçı dövlət kimi tanınıb və işğa etdiyi torpaqları dərhal azad etməsi tələb olunur."

Onun sözlərinə görə, bu işğalçılıq faktı Azərbaycanın iqtisadi inkişafına ciddi təsir göstərir. Bu münaqişə nəticəsində bank, nəqliyyat və ekologiya sektoru ziddi ziyan dəyib. Bunun nəticəsində hər iki dövlətə milyardlarla dollar ziyan vurulub. Halbuki, bu münaqişə baş verməsəydi hər iki dövlətdə baş verən proseslər başqa istiqamətdə inkişaf edərdi. Bu gün Azərbaycandan Ermənistana qarşı heç bir təhlükə və təhdid yoxdur.

Seminarda beynəlxalq hüququn prinsiplərinin müzakirəyə çıxarılması məsələsinə toxunan S.Novruzov vurğulayıb ki, ermənistanlı qonaq burada millətlərin öz müqəddaratlarını həll etmək hüququndan danışıb: "O xalqlar bu hüquqlardan danışa bilər ki, onların dövləti yoxdur. Erməni xalqı isə öz müqəddaratını təyin edib və Ermənistan dövləti yaradıb. Əgər digər dövlətlərdə yığcam yaşayan ermənilər bu hüquqdan danışsalar, onda gərək dünyada 30-dən çox erməni dövləti qurulsun. Bu məntiqdən götürsək, Rusiyada, ABŞ-ın Kaliforniya ştatında, Gürcüstandakı Cavaxetiyada yaşayan ermənilər də öz dövlətlərini yaratsınlar. Bu y

Geri qayıt