Əsas Səhifə > Partiya, Güney Press > Müsavat partiyası daxilində sultanlıq davası kəskinləşir

Müsavat partiyası daxilində sultanlıq davası kəskinləşir


17-06-2014, 09:34
Müsavat partiyası daxilində sultanlıq davası kəskinləşir
Müsavat Partiyası sədrinin müşaviri Səxavət Əlisoyun fkkirləri həmkarları tərəfindən etirazla qarşılanıb. S.Əlisoy bildirib ki, qurultay bir müddət də keçirilməsə partiyada başqanlıqdan sultanlığa keçməli olacaqlar. Bu fikrə partiyanın digər funksioneri sabiq deputat İkram İsrafil sərt reaksiya verib:

"Səxavət Əlisoyun sultanlıq barədə fikirləri partiyaya ikrah hissi ilə yanaşmağın nəticəsidir. Mən düşünürəm ki, qurultay olsa da, olmasa da Səxavət Əlisoy partiyada qalmayacaq. Onun artıq partiyadakı limiti bitib".

S.Əlisoy partiyadaşına müraciət edərək bu fikirlərə belə cavab verib:

"İkram İsrafil, sən falçısan, görücüsən, yoxsa ufoloqsan ki, mənim partiyada qalmayacağımı bəyan edirsən?

Sən kimsən və hansı səlahiyyətlə mənim partiya üzvlüyümə xitam verirsən? Mənim Müsavat partiyasında necə fəaliyyət göstərdiyimə nə sən, nə də sənin mənsub olduğun qrupun rəhbərləri qiymət vermək iqtidarında deyil. Bu qiyməti yalnız partiya rəhbəri İsa Qəmbər verə bilər. Sən və dostların arxamca hakimiyyətlə əlaqələrimin olduğunu deyirsiniz, bunlar gəlib mənə çatır".

Geri qayıt