Əsas Səhifə > Partiya, Güney Press > Elçibəy ölkəni tərk edəndə AXC-nin xalq tərəfindən dəstəyi sıfıra bərabər imiş...

Elçibəy ölkəni tərk edəndə AXC-nin xalq tərəfindən dəstəyi sıfıra bərabər imiş...


18-06-2014, 11:59
Elçibəy ölkəni tərk edəndə AXC-nin xalq tərəfindən dəstəyi sıfıra bərabər imiş...
Keçmiş batalyon komandiri, AXC İdarə Heytəinin üzvü və sədr müavini Arif Paşa da Elçibəyin Bakını tərk edərək Kələkiyə getməsi gününü Moderator.az-a açıqlamasında aşağıdakı kimi xatırladığını bildirib:

"Mən həmin gün AXC qərargahına gəldim. Dedilər Əbülfəz Elçibəy Bakıdadır. Yalnız günortadan sonra, saat 14 radələrində Elçibəyin Bakını tərk etdiyini öyrəndim. Soyadını unutduğum Rövsən bəy adlı cəbhəçi baş verənləri söylədi. Doğrusu, mən bunları gözlədiyimdən o qədər də heyrətlənmədim. Çünki mən belə olacağını görür və gözləyirdim. Qərargah demək olar ki, boş idi. Olanların da simasında bir çaşqınlıq var idi."

Arif bəydən nədən belə olacağını əvvəlcədən gördüyünün səbəbini soruşduq. Bildirdi ki, AXC iqtidarinin bütün müdafiə strukturları sıradan çıxmışdı, xalq tərəfindən isə dəstək sıfıra bərabər idi. Mən hələ 1993-cu ilin yanvar, ya fevral ayındakı "Cümhuriyyət" qəzetinin saylarından birində verdiyim yazıda belə bir cümlə var idi:
"Vətənin və Millətin dərdlərindən doğulmu. AXC bu gün xalqin qəlbində yadlar və özgələr üçün ayrılmış düşərgəyə köçür..."

Geri qayıt