Əsas Səhifə > Partiya, Güney Press > “Müxalifət düşərgəsinin qəti sərhədləri müəyyənləşdirilməlidir”

“Müxalifət düşərgəsinin qəti sərhədləri müəyyənləşdirilməlidir”


19-06-2014, 11:23
“Müxalifət düşərgəsinin qəti sərhədləri müəyyənləşdirilməlidir”
“Təbii ki,”Yeni Müsavat” qəzeti kursu deyişib”. Bunu Moderator.az-a açıqlamasında Azərbaycan Milliyyətçi Demokrat Partiyasının (AMDP) sədri Qələndər Muxtarlı son zamanlar “Yeni Müsavat” qəzetində iqtidar nümayəndələrindən çox, müxalifətçilərin hədəf alınmalarının nəşrin kursunun dəyişməsinə adiyyatının olub-olmamasından danışarkən deyib. Onun sözlərinə görə, bu, heç kəsin gözündən qaçmır:

“Lakin mən Rauf Arifoğlu ilə bağlı sualları şərh etmək və hər hansısa bir məsələlərə münasibət bildirməyə son qoymuşam. Amma ümumilikdə “Azadlıq” və ya “Yeni Müsavat” qəzetlərini müxalif qəzetlər adlandırmaq olmaz. Çünki onları bizlər müxalif edirik. Azərbaycan cəmiyyətində hər kəsi öz adı ilə çağırmağa sanki bir qorxu var. Böyük şairimiz Ramiz Rövşən demişkən, “Bilirik ki, qəfil gecə işiqlansa kimlərinsə, kimlərin evindən çıxdığını görərik”, amma yenə deyirik ki, düzələr filan. Hesab edirəm ki, müxalifətin qəti sərhədləri müəyyənləşdirilməlidir ki, belə problemlər yaşanmasın. Kim fərqli yol tutursa, ona da, yolun açıq olsun deyilməlidir. Amma başqasınınm haqqını mənimsəmək də, düzgün deyil. Bu məsələlər Azərbaycan siyasi həyatının çox eybəcər gerçəklikləridir və mütləq öz həllini tapmalıdır”.

Geri qayıt