Əsas Səhifə > Partiya, Güney Press > Milli Şura reabilitasiya mərhələsini başa vura bilmir

Milli Şura reabilitasiya mərhələsini başa vura bilmir


1-07-2014, 11:24
Milli Şura reabilitasiya mərhələsini başa vura bilmir
“İdarəetməni gücləndirmək, narazı elektoratın diqqətini cəlb etmək məqsədilə Milli Şuranın partiyaya çevrilməsi üzərində düşünmək lazımdır”.

Bu fikri Hafta.az-a açıqlamasında Azərbaycan Regional və Strateji Araşdırmalar Mərkəzinin direktoru, Milli Şuranın üzvü Yaşar Cəfərli deyib. O qeyd edib ki, Azərbaycan şəraitində belə təklifi müzakirəyə çıxarmaq çox müşkül məsələdir:

"Amma bəllidir ki, müxalifət düşərgəsi çox dağınıqdır. Milli Şura isə parçalanma prosesindən sonra reabilitasiya mərhələsini hələ də başa vura bilmir. Gələn il parlament seçkiləridir. Vaxt sürətlə uçur. İctimai rəyi yeni situasiyaya hazırlamaq üçün gecikmədən qətiyyətli addımlar atmaq lazımdır. Əgər partiyaya çevrilərsə, indiki potensial imkan verir ki, Milli Şura parlament seçkilərinin qalibi olsun. Yeganə problem Milli Şurada təmsil olunan partiya liderlərinin öz aralarında razılığa gəlməməsidir. Düşünürəm ki, partiya liderləri razılığa gələrsə, digər ictimaiyyət nümayəndələri və nüfuzlu müstəqil şəxslər də onların qərarını dəstəkləyər. Şəxsən mən birləşmiş partiyaya üzv olmağa hazıram. İnanıram ki, birləşmiş partiya ideyası problemlərin böyük bir qisminin avtomatik surətdə həll olunmasına müsbət təsir göstərər. Birləşmiş partiya həm də narazı elektoratın təmərküzləşməsi və fəallaşması üçün münbit şərait yaradar".

Geri qayıt