Əsas Səhifə > Partiya, Güney Press > "Milli Şura deyilən təşkilat Xalq Cəbhəsi plyus Cəmil müəllimdir"
"Milli Şura deyilən təşkilat Xalq Cəbhəsi plyus Cəmil müəllimdir"2-07-2014, 11:27 |
Eks-spiker Rəsul Quliyev Moderator.az-a açıqlamasında Milli Şuranın sessiya keçirə bilməməsinə toxunub: "Onlar nə üçün sessiyalarını keçirə bilmirlər? Müsavat Partiyası kimi sessiyada iştirak edənlərin sayı 1000 nəfər olacaq və ya layiqli yer tapa bilmirlər? Milli Şura deyilən təşkilat Xalq Cəbhəsi Partiyası plyus Cəmil müəllimdir. Çox maraqlıdır, niyə hansısa bir toplantını MŞ-nın sessiyası adlandırmaq istəyirlər və ondan da maraqlısı o sessiyada nələri müzakirə edəcəklərinin özü sual altındadır. Vallah, bu ölkədə bu gün bir jurnal buraxan C.Məmmədquluzadə, bir MŞ-a deyilən təşkilatın nə olduğunu bilən Mirzə Ələkbər Sabir, bir də yer axtarışında olanların karikaturasını çəkən Əzim Əzimzadə çatmır, onlar olsa hər şey düzələr." Geri qayıt |