Əsas Səhifə > Partiya, Güney Press > Müsavat başqanlığı uğrunda şok gəlişmə…
Müsavat başqanlığı uğrunda şok gəlişmə…4-07-2014, 10:56 |
Müsavatın qurultayının vaxtınmın dəqiqləşməsi başqanlıq uğrundakı mübarizə və intriqaları yenidən alovlandırıb. Xatırladaq ki, 3 gün öncə Müsavat Partiyası Mərlkəzi İcra Aparatımnın rəhbəri Arif Hacılı Moderator.az-a müsahibəsində bir daha vurğulamışdı ki, İsa Qəmbər qəti şəkildə öz namizədliyini verməyəcək və qurultayda növbəti başqan seçiləcək. Əldə etdiyimiz informasiyaya görə partiyanın gəncləri artıq ciddi şəkildə təbliğati addımlara başlayıblar və Tural Abbaslının namizədliyini dəstəkləməklə onu başqan kürsüsündə oturtmaqda qərarlıdırlar… Doğrudanmı Tural Abbaslının başqan seçilmə şansları digər namizədlərdən, tutaq ki, Qubad İbadoğlundan və ya Arif Hacılıdan çoxdur? Müsavat başqanının gənclərlə iş üzrə müşaviri Rüfət Hacıbəyli belə düşünür: „Partiya daxilindəki prosessləri, açıq-qapalı şəkildə bizə dəstəkləri, Tural bəyin sədr (Gənclər təşkilatı-red) olduğu dönəmdəki fəaliyyəti, partiyadakı nüfuzu və sair şeyləri götür- qoy edib buna hər zaman əminliyimizi bildiririk.“ Rüfət Hacıbəyli „ancaq kənardan müşahidələr onu iddia etməyə əsas verir ki, İsa bəy 30 illik silahdaşı Arif Hacılıya „stavka“ edəcək və bu, onun seçilməsi üçün kifayət edəcək“ fikrimizlə razılaşmır: „Müsavatçı olsaydınız bir çox şeyləri deyərdim. Amma bilmədiyiniz məqamlar lap çoxdu. Müsavatçıların əksəri başqa fikirdədir. Ancaq israr etməyin, demərəm.“ Başqanın gənclər üzrə digər müşaviri Əhəd Məmmədli də eynilə Rüət Hacıbəyli kimi düşünür: „Mən də Tural bəyi dəstəkləyirəm. Tural Abbaslının hələ gənclər təşkilatının sədrliyində qöstərdiyi təşkilatçılıq,cəsarət və liderlik xüsusiyyətinə görə dəstəkliyirik. Düşünürük ki partiya rəhbrliyində də onun bu xüsusiyyətləri çox lazımdır. Son zamanlar xalqla müxalifət arasında yaranan uçurumu məhz Tural bəy qaldıra biləcək şəxsdir.“ Geri qayıt |