Əsas Səhifə > Partiya, Güney Press > Rəhim Qazıyevlə Arif Hacılının “uzunqulaq söhbəti”

Rəhim Qazıyevlə Arif Hacılının “uzunqulaq söhbəti”


5-07-2014, 11:17
Rəhim Qazıyevlə Arif Hacılının “uzunqulaq söhbəti”
Sabiq müdafiə naziri Rəhim Qazıyev Hafta.az-ın əməkdaşı ilə söhbətində AXC hakimiyyəti dövründə Prezident Aparatı və parlament səviyyəsində onun cəbhədəki uğurlarına qısqanc yanaşıldığını, hətta bəzən həmin qurumlar tərəfindən ordunun uğurlu əməliyyatlar keçirməsinə manelər yaradıldığını iddia edib. Konkret olaraq o dövrdə ərazi idarəetmə orqanları ilə iş üzrə dövlət müşaviri işləyən Arif Hacılı ilə bağlı bir faktı nəql edib:

”1992-ci ilin yayında Azərbaycanın silahlı birləşmələrinin Qarabağda uğurlu əməliyyatlar apardığı bir zamanda ön cəbhədə dağlıq və ucqar mövqelərə silah-sursat və ya ərzaq yükünü texniki vasitələrlə müqayisədə səs və işıq salmadan çatdırılmasını təmin etmək üçün bizə xeyli uzunqulaq lazım oldu. Uzunqulaqlar həm də mina basdırılan yerləri “bilib” ora ayaq basmır. Bununla əlaqədar Şəkinin icra başçısı Hüseyn Mustafabəyliyə zəng edib xahiş etdim ki, kənd-kəsəkdən 15-20 uzunqulaq tapıb göndərsin. O, mənə bunu təşkil edəcəyinə söz verdi. Lakin xeyli vaxt keçsə də, uzunqulaqlar ön cəbhəyə göndərilmədi. Sonradam mənə məlum oldu ki, sən demə, Hüseyn Mustafabəyli mənim xahişim barədə Prezident Aparatına – Arif Hacılıya zəng edib, o isə Şəkinin icra başçısına Milli Ordu üçün uzunqulaq göndərməyi qəti qadağan edib...”

Məsələyə münasubətini öyrənmək istədiyimiz sabiq dövlət müşaviri, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı telefon zənglərimizi cavablandırmadı.

Geri qayıt