Əsas Səhifə > Partiya, Güney Press > Səfəvilərin də, Osmanlıların da varisləri Kərkük faciəsinə faciəli şəkildə susurlar

Səfəvilərin də, Osmanlıların da varisləri Kərkük faciəsinə faciəli şəkildə susurlar


7-07-2014, 10:45
Səfəvilərin də, Osmanlıların da varisləri Kərkük faciəsinə faciəli şəkildə susurlar
Türkoloq Aydın Mədətoğlu Moderator.az-a açıqlamasında İraqın Kərkük şəhərinin Kürdüstanın tərkibinə daxil edilməsi və türk dövlətlərinin bu məsələdəki susquluğuna münasibət bildirib:
“Hələ ki, Türkiyə rəsmi səviyyədə baş verənlərə münasibət bildirməyib və hesab edirəm ki, bu məsələdə konsulluğun 49 nəfərlik əməkdaşının əsir götürülməsinin rolu var. Bu məsələ Türkiyənin əl-qolunu bağlayıb. Türkiyə bu məsələdə əvvəldən çox böyük səhvə yol verdi. Türkiyə İŞİD adlı qrupa bu və ya digər dərəcədə yardım edib. Bu gün Türkiyədə hakimiyyətə qarşı daxili təpgilər çox yüksəkdir. İŞİD peşmərcələrlə, yəni İraq Kürdüstanı deyilən qondarma dövlətlə əlbirdir. Onların ərazilərinə daxil olmurlar. Kərkük də onlardan biridir. Səddam Hüseyn dönəmində türkmənlərin başına çox böyük oyunlar açıldı. Kürdlər S.Hüseyndən qorxurdular. Çünki S.Hüseyn orada çox böyük qırğınlar törətmişdi. S.Hüseyndən sonra peşmərcələrin əl-qolu açıldı. Bundan sonra peşmərcələr türkmənlərin bir hissəsini oradan sıxışdırıb çıxartdılar və orada kürdləri yerləşdirdilər. Bu, heç də təsadüfi bir yerləşmə deyildi. Bildiyiniz kimi İraq neftinin təxminən 3/1-i bu ərazidə yerləşir. Çörçillin bir sözü var idi, o deyirdi ki, bizim üçün bir damla neft bir insan qanındna daha qiymətlidir. Bu gün də həmin siyasəti davam etdirirlər”.
A.Mədətoğlunun qənaətincə, istər İraqda, istərsə də Suriyada baş verən proseslər ABŞ-ın ssenarisi əsasında reallaşır:
“Bölgədə böyük oyunlar gedir. Mən bu məsələlər haqqında 7 il bundan öncə məlumat vermişdim. Hələ o zaman qeyd etmişdim ki, ABŞ-ın məşhur Orta Doğu projesində hansı ölkə neçə yerə parçalanacaq. Bununla bağlı olan hissəni öz kitabıma da daxil eləmişəm. Bu gün baş verən proseslər söylədiklərimin doğru çıxdığını göstərir. Plana görə, Suriya 3 hissəyə parçalanmalıdır. Iraqın da 3 hissəyə parçalanması nəzərdə tutulur. Bunlar şiələr, sünnilər və kürdlər olan hissələrdir. Bütün bunlar ABŞ-ın Orta Doğu projesinin tərkib hissəsidir. Bu projedə İran və Türkiyə də yer alıb. Lakin bütün bunlar mərhələli şəkildə həyata keçirilir. Hələ ki, İranla münasibətləri bir qədər yaxşılaşdırıblar və yəqin ki, növbəti oyun Türkiyənin başında olacaq. Bunun neçə il bundan sonra baş verəcəyi isə bizim üçün naməlumdur. Məni narahat edən digər bir məsələ İraqda baş verən qırğınlarla bağlı türk dünyasının, müstəqil türk dövlətlərinin öz səsini qaldırmamasıdır.Hansı ki, bu dövltərlə BMT-də təmsil olunur və İraqda qırılan türkmənlər isə onların qardaşlarıdır”.
A.Mədətoğlunun firkincə, türk dövlətlərinin Kərkük olaylarına səssiz yanaşması biabırçılıqdır: “Orta əsrlər dönəmində Kərkük gah Səfəvilərin, gah da Osmanlı imperiyasının nəzarətində olub. Orada məskunlaşanlar qədim türk tayfalarıdır. Onlar səlcuqlar dönəmində gələn insnalar deyil. Onlar qədim zamanlardan bu ərazilərdə yaşayıblar. Bizim susqunluğumuz bizim ən böyük bəlamızdır. Və bu gün türk dövlətlərinin orada baş verənlərlə bağlı öz etiraz səsini qaldırmaması biabırçılıq kimi dəyərləndirilməlidir”.

Geri qayıt