Əsas Səhifə > Partiya, Güney Press > "Azərbaycandakı partiyalar da cəmiyyətimizin məhsuludur"
"Azərbaycandakı partiyalar da cəmiyyətimizin məhsuludur"8-07-2014, 09:44 |
“Demokratik ənənələrə sahib ölkələrdə siyasi partiyaların sayı az deyil. Respublikamızda siyasi institutlaşma kifayət qədər oturuşmadığından siyasi partiyaların da formalaşması əksər hallarda ideyalar üzərində olmur.” SalamNews-un xəbərinə görə, bu fikirləri Demokratiyanın İnkişaf Problemləri Mərkəzinin sədri Mütəllim Rəhimli yeni Azad Demokratlar Partiyasının yaranmasına münasibət bildirərkən səsləndirib. O deyib ki, partiyalar daha çox liderlər ətrafında yaradılır: “Ona görə də vaxtaşırı bir partiya daha populyar olur və liderinin fəallığı qədər aktiv ömür yaşayır. Sonra isə sədrindən və adından başqa heç nəyi qalmır. Cəmiyyət nə qədər yetkindirsə, partiyaların da uğuru bir o qədər çox olur. Azərbaycandakı partiyalar da cəmiyyətimizin məhsuludur. Bununla belə düşünürəm ki, bəzən elə liderlər ortaya çıxır ki, inkişafı bir neçə onilliklər qabağa apara bilir. İndiki vəziyyətdə partiyalar üzərlərinə düşən vəzifələri yerinə yetirir. Məsələ bundadır ki, partiyalar kimlərinsə əvəzinə iş görə bilməz, ictimai fikir olmadan addım atmaz, hakimiyyətə gələ bilməz.” Geri qayıt |