Əsas Səhifə > Partiya, Güney Press > Milli Şura yenicə partiyasını yaradan Sülhəddin Əkbəri heçə saydı

Milli Şura yenicə partiyasını yaradan Sülhəddin Əkbəri heçə saydı


8-07-2014, 11:18
Milli Şura yenicə partiyasını yaradan Sülhəddin Əkbəri heçə saydı
“Sülhəddin Əkbərin Milli Şuranı tərk etməsinin bu quruma heç bir təsiri olmayacaq”.

Bunu Azision.az-a açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, Milli Şuranın üzvü Fuad Qəhrəmanlı deyib.

Sülhəddin Əkbərin Milli Şuradan getməsinə münasibət bildirən F.Qəhrəmanlı bu istefaların qurum üçün ciddi əhəmiyyət kəsb etmədiyini deyib.

“Milli Şura bu günə qədər bir çox çətin sınaqlardan keçib. Bu gün Milli Şuraya münasibət bu qurumda olan ayrı-ayrı fərdlərə görə deyil, onun siyasi dəsti-xəttinə görədir. Bura gələnlərin də, gedənlərin də olmasına təbii baxılmalıdır. O cümlədən Sülhəddin Əkbərin Milli Şuranı tərk etməsinin bu quruma heç bir təsiri olmayacaq”.

Qeyd edək ki, Azad Demorkatlar Partiyasının sədri Sülhəddin Əkbər partiyanın qurultayında Milli Şuranı tərk etdiyini bəyan edib.

Geri qayıt