Əsas Səhifə > Partiya, Güney Press > YAP-la Müsavatın arasında futbol proqnozu davası

YAP-la Müsavatın arasında futbol proqnozu davası


9-07-2014, 12:33
YAP-la Müsavatın arasında futbol proqnozu davası
“Mən heç olmasa Argentinanın çempion olacağını demişəm”.

Axar.az xəbər verir ki, bu sözləri Feysbuk sosial şəbəkəsində Dünya Çempionatı ilə bağlı özünün verdiyi proqnoz barəsində müzakirələrə qoşulan Müsavat başqani İsa Qəmbər deyib.

O bildirib ki, Braziliyanın finalda oynayacağını proqnozlaşdırsa da, mundiala ev sahibliyi edən ölkənin yığmasının uduzması onun proqnozunu tamamilə səhv çıxartmır.

Müsavat başqanı “betərin-betəri var” deyib, YAP təmsilçisinin və Milli Şura sədrinin bostanına daş atmağı da unutmayıb:

“Xalq bütün qəhrəmanlarını tanımalıdır: YAP funksioneri Siyavuş Novruzov Braziliya yığmasının qalib gələcəyinə inanır: “Belə hesab edirəm ki, Braziliya yığması dünya çempionu olacaq. Yarımfinal oyununda Almaniya yığmasını məğlub edərək “Hollandiya-Argentina” cütlüyünün qalibi ilə finalda qarşılaşacaq”.


Milli Şuranın sədri və tarixçi alim Cəmil Həsənli də Braziliya yığmasına azarkeşlik edənlərdəndir:

“Məncə, Braziliya yığması olacaq çempion. Neymar oyunda iştirak etməsə belə, çempion Braziliya olacaq. Çünki onlar əsil komanda oyunu göstərirlər. Futbolçulardan hər hansı birinin olmadığı hiss olunmur”.

Müsavat başqanı həmkarlarının Axar.az-da yayımlanan proqnozunu sosial mediada yayaraq, bu sözləri yazıb:

“Mən heç olmasa Argentinanın çempion olacağını demişəm. Hələ şans var”.

Geri qayıt