Əsas Səhifə > Partiya, Güney Press > Söyün Sadıqov, İlham Rəhimov, Abbas Abbasov niyə susurlar?
Söyün Sadıqov, İlham Rəhimov, Abbas Abbasov niyə susurlar?16-07-2014, 10:04 |
“Ermənistan tərəfinin Kəlbəcərdə əsir götürülən azərbaycanlılara Cenevre Konvensiyası çərçivəsində rəftar edilməyəcəyini açıq-aşkar elan etməsi hazırda əsirlərin dəhşətli işgəncələrə məruz qaldığından xəbər verir. Azərbaycan tərəfi bu məsələni beynəlxalq ictimaiyyətə çatdırmalı, əsirlərin effektli müdafiə olunmasında bütün qüvvəsinı səfərbər etməlidir”. Bunu moderator.az saytına hüquq elmləri üzrə fəlsəfə doktoru Rafael Qasımov deyib. Hüquqşunasın sözlərinə görə, rəsmilərimizin çıxışlarından onların da bu təhlükənin fərqində olduqları anlaşılır: “Deputat Asim Mollazadənin sözlərindən belə başa düşülür ki, Diqəm Əhmədovun və Şahbaz Quliyevin azad olunması istiqamətində bir sıra tədbirlər planının həyata keçirilməsi nəzərdə tutulub. Əsirlərin dəyişdirilməsi də bu planın tərkib hissəsindəndir”. Hakimiyyətin bu məsələyə həssaslıqla yanaşdığını təqdirəlayiq hal hesab edən Rafael Qasımov Rusiyadakı Azərbaycan diasporasının indiyə qədər susqunluğunu isə anlaya bilmir: “Əsirlərdən biri Rusiya vətəndaşıdır. Rusiya öz vətəndaşının taleyinə biganə qalmamalıdır və qalmaz da. Sadəcə ordakı hüquqi mexanizmi hərəkətə gətirmək, rəsmi Moskva qarşısında məsələlər qaldırmaq lazımdır. Rusiyanın himayəsindən asılı olan Ermənistanın Moskvadan gələn reaksiyalara biganə qalması isə mümkün deyil. Digər tərəfdən bütün diasporalar kimi Azərbaycan diasporasının da müqəddəs borcu Rusiya vətəndaşı olan və ya orada yaşayan soydaşlarımızın hüququnu qorumaqdır. Amma nə yazıq ki, son prezident seçkilərində siyasi aktivliyi ilə seçilən bu diaspora rəhbərlərinin hələ də bu istiqamətdə önəmli addım atdıqlarının şahidi ola bilməmişik. Rusiya Prezidentinin sözcüsü olan Söyün Sadiqov, Putinin yaxın dostu İlham Rəhimov, qonşu dövlətdə geniş nüfuzu olan Abbas Abbasov və s. kimi insanlar niyə susurlar? Geri qayıt |